Icma.az
close
up
RU
Utilizasiya başlayır “Maşın sahibinə elə pul vermək lazımdır ki...”

Utilizasiya başlayır “Maşın sahibinə elə pul vermək lazımdır ki...”

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı istifadəyə verilib. Bu barədə “Təmiz Şəhər” ASC məlumat yayıb. 

Ölkədə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər 5 avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. 

Amma sual olunur: utilizasiya müqabilində sürücülərə verilən ödəniş onlara yeni avtomobil almağa imkan verirmi?

Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, əgər vətəndaşlara uyğun məbləğdə ödəniş verilməsə, könüllü utilizasiyaya heç kim maraqlı olmayacaq:

“Hər bir insan istəyir ki, utilizasiya prosesinin nəticəsində yenilənmiş avtomobili olsun. Heç olmazsa, köhnə maşının müqabilində ödənilən vəsaitlə nisbətən fərqli, texniki imkanları yaxşı olan və istehlak imkanlarına cavab verən nəqliyyat vasitəsi əldə etsin. Əgər bütün bunlar olmayacaqsa, heç kim öz nəqliyyat vasitəsini könüllü olaraq utilizasiyaya göndərməyəcək.

Bu məsələdə məcburi xarakterli addımların atılması mümkün deyil. Çünki həmin avtomobillər istismardadır və hər bir şəxsin mülkiyyətidir. Texniki baxışdan keçə bilməyən nəqliyyat vasitələri ilə bağlı davamlı olaraq cərimələr tətbiq olunur, ikincisi, istismarına icazə verilmir”. 

Ekspertin fikrincə, istismarı mümkün olmayan və texniki baxışdan keçməyən nəqliyyat vasitələri onsuz da utilizasiyaya göndəriləcək:

“Texniki baxış bizə xəbərdarlıq edir ki, maşında hansısa nasazlıq varsa, onu aradan qaldırmaq lazımdır. Əgər son dərəcə köhnəlmiş maşınların hər hansı hissəsinə problem varsa, o texniki baxışdan keçməyəcək. Belə olan təqdirdə həmin vətəndaş avtomobildən istifadə edə bilmədiyi üçün məcbur olub utilizasiyaya göndərəcək.

Utlizasiya belə bir qarışıq situasiyadır. Ona görə də düşünürəm ki, ən azından nəqliyyat vasitəsinin sahibinə elə pul vermək lazımdır ki, heç olmasa yeni nəqliyyat vasitəsini kreditlə də olsa ala bilsin”.

(yeni.sabah)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri