Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Utziq itib kimdi günahkar?

Utziq itib kimdi günahkar?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın avrokuboklardakı təmsilçiləri üçün yay əcəb macəralı başlayıb. “Sabah”ın Masazırda “Selye”yə necə dramatik şəkildə uduzduğunu gördüz. Bu haqda “Futbol+”də çox yazdıq, hər yönə toxunduq.

Yazılanlardan, deyilənlərdən aydın olur ki, “Sabah”ın vəziyyəti pis olsa da, çıxılmaz deyil. Yəni bu gün “Selye”nin “Sabah” önündə hesabdan başqa hansısa ciddi üstünlüyü yoxdu. Bir qədər cəsarət, özünəinam, ulduzların parlaq oyunu lazımdı ki, “bayquşlar” bu mərhələni keçə bilsin. Ona qalsa, ötən ilin iyulunda səfərdə Hayfa “Makkabi”si ilə qarşılaşan “Sabah”ın uğur şansı bundan qat-qat aşağı dəyərləndirilirdi. Amma komanda çıxdı, oynadı, vətənə 3:0 hesablı qələbə ilə qayıtdı. Məhz o səfər qələbəsi Krunoslav Renduliçin çalışdırdığı komandanı növbəti mərhələyə daşıdı. Düzünə qalsa, cavab görüşündəki 3:6-nın bu günə qədər də heç bir məntiqi izahı yoxdu. Deməyim odu ki, “Sabah” üçün də səfər kompleksi yoxdu, cümə axşamı mübarizənin axarını dəyişə bilər. Görünür, məhz bu tutarqaya söykənən klub rəhbərliyi, daha dəqiqi, piar-media işi ilə məşğil olanlar klubun “feysbuk” hesabında ötən il səfərdə “Makkabi”yə vurulan qolları paylaşır. O mənada ki, çox da dərd etməyin, bir dəfə bacarmışıqsa, ikinci dəfə də bacararıq. İstəməyən kor olsun! Təki siz bacarın, biz də mədh edək!
Hə, “Sabah”ın məsələsi aydındı, ilk mərhələni keçəcəyi şübhə doğurmayan “Qarabağ”ın da, bəxtinə çətin rəqib düşən, amma gözdən-könüldən uzaq Türkiyədə güclü rəqiblə - “Aris”lə duelə hazırlaşan “Araz-Naxçıvan”ın da. Amma “Zirə”... “Zirə” deyib də, nəfəs dərməyə məcburam.
İyunun sonunda “qartallar” “Qarabağ”la yoxlama oyunu keçirdi və darmadağın oldu. Oyundan sonra Rəşad Sadıqova Rafael Utziqlə bağlı da sual verildi. Baş məşqçinin dediklərindən belə aydın oldu ki, transferə çıxarılan braziliyalı vingerə görə hansısa klubdan rəsmi təklif gözləyirlər. Təklif gəldi gəldi, gəlmədisə, onda Utziq məşqə çıxmadığı hər gün üçün cərimələnəcək.
Həmin oyunun üstündən iki həftə keçib və indi vəziyyətin daha dramatik, çıxılmaz olduğu aydındı. Hətta o dərəcədə ki, “Zirə” FİFA-ya müraciət etməyə məcburdu. Müraciətin məzmununa gəlincə... Sən demə, braziliyalı mövsümün sonuna bir həftə qalmış klub rəhbərliyi ilə görüşərək, gələn il iyunun 30-na qədər qüvvədə olan müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasını, transferə çıxarılmasını istəyib. Zorla gözəllik olmur! Məhz bu məqamı nəzərə alan “Zirə” də ona deyib ki, yaxşı, gedirsən-get, ancaq səni istəyən klub masanın üzərinə 200 min dollar qoymalıdı. Utziq o gedən gedib – nə izi var, nə də sorağı. Ötən ilin yanvarından “Zirə”nin düşərgəsində olan braziliyalı indi bu komandaya münasibətdə, yumşaq desəm, yaxşı hərəkət etmir. Əli-qolu bağlı olan “qartallar” faktiki seytnotdadı. Axı sabah UEFA-ya Konfrans Liqasında iştirak üçün ərizə təqdim olunmalıdı. Təbii ki, braziliyalını siyahıya salmaq mümkün deyil. Çünki o, bir daha “Zirə”nin şərəfini qorumaq istəmir. Bildiyimə görə, klubun yeni və daha keyfiyyətli futbolçu almaq üçün də pulu yoxdu. Kimsə Utziqə görə “Zirə”nin “elçi daşının üstündə otursaydı”, tələb olunan 200 min dolları versəydi, bu başqa məsələ. Amma indi nə Utziq var, nə müştəri var, nə də pul!
Klubun bu məsələdə yaxasına kənara çəkməsi, “bizdə heç bir günah yoxdu” deməsi də yaxşı variant deyil. Faktiki adam iki aya yaxındı “radardan itib”, onunla bağlı daha tez “həyəcan təbili çalmaq” lazım idi. Amma “qartallar” indi – ilk avrokubok oyununa bir həftə qalmış əl-ayağa düşüblər, nəyəsə nail olmaq istəyirlər. Hələ Salifu Suma ilə bağlı qeyri-müəyyənlik də var ki, mən heç o məqama toxunmaq istəmirəm. Nəyin bazarlığı gedir, bazarlıq niyə bu qədər uzanır – heç cür aydın deyil. Suma gedərsə, belə qısa müddətdə hansı futbolçu onu layiqincə əvəz edəcək – bu da aydın deyil. Aydın olan bir həqiqət var: artıq iyulun 23-də “Hayduk”la oyuna çıxmaq lazımdı. Son mövsümdə Xorvatiyada möcüzə nəticəsində çempionluğu əldən verən, Bakıda büdrəməyi ağlının ucundan belə keçirməyən “Hayduk”la.
Çox ümid edirəm ki, Rəşad Sadıqovun düşüncə qatında hansısa anlamadığımız mətləblər yatır, bəlkə B planı da var, C planı da, hətta D planı da. Amma belə planlar yoxdusa, hər şey kənardan çox qorxunc görünür.
HUŞƏNG

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 İyul 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri