Üz tanıma ilə gedişhaqqı necə ödəniləcək? DETALLAR
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-də üztanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqinə dair danışıqlar aparılır.
Qeyd edək ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə üztanıma texnologiyasından istifadə edərək ödəniş sisteminin inteqrasiyasına başlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar…
Sərnişinlərə maraqlıdır ki, üz tanıma ilə ödəniş necə həyata keçiriləcək?
"Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin əməkdaşı Bəxtiyar Hacıyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, üz tanıma ilə ödəniş “SİMA Pay” vasitəsilə olacaq.
“Hazırda turniketlərdən keçid zamanı “SİMA Pay” – üz tanıma ilə ödəniş sisteminin test işləri davam etdirilir. Məqsəd xüsusilə pik saatlarında turniketlərdə növbələrin, sıxlığın azaldılmasına, sərnişinlərin daha rahat keçidinə nail olmaqdır”.
Bəxtiyar Hacıyev qeyd edib ki, test işləri bitdikdən sonra təfərrüatı ilə məlumat veriləcək.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















