Icma.az
close
up
RU
Bakı və Abşeronda məcburi köçürmələr Kompensasiya hansı əsaslarla ödəniləcək? DETALLAR

Bakı və Abşeronda məcburi köçürmələr Kompensasiya hansı əsaslarla ödəniləcək? DETALLAR

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı və Abşeron yarımadası ərazisində məcburi köçürmələrin olacağını açıqlamışdı.

Bu məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub.  

Xüsusilə bu ərazilərdə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinə kompensasiyanın hansı əsaslarla ödəniləcəyi və sənədli-sənədsiz tikililərə münasibət suallara səbəb olur.

Milli.Az bildirir ki, mövzu ilə bağlı Day.Az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Palatasının Hüquq şöbəsinin rəhbəri, əmlak hüququ üzrə ekspert Sübhan Rəsulzadə bildirib ki,  su, yağış və tullantı sistemlərinin mühafizə zonalarında yerləşən ev və tikililərin sökülməsi zamanı kompensasiya mexanizmi mütləq şəkildə Azərbaycan Respublikasının Konstitusiyası və mövcud mülki qanunvericiliyin tələbləri əsasında həyata keçirilməlidir: "Konstitusiyanın 29-cu maddəsi mülkiyyət hüququnun toxunulmazlığını təmin edir və dövlət ehtiyacları üçün özgəninkiləşdirməyə yalnız əvvəlcədən, ədalətli və real bazar dəyərinə uyğun kompensasiya ödənilməsi şərti ilə yol verir. Bu prinsip "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunda, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203, 207 və 248-ci maddələrində konkret hüquqi mexanizmlərlə təsbit olunub".

Ekspert vurğulayıb ki, sənədləri tam qaydasında olan yaşayış və qeyri-yaşayış obyektləri üzrə kompensasiya yalnız tikilinin fiziki dəyəri ilə məhdudlaşmamalıdır. Bu zaman tikilinin yerləşdiyi torpaq sahəsi, mühəndis və kommunikasiya şəbəkələrinə qoşulma imkanları, əmlakdan istifadənin dayandırılması nəticəsində yaranan itkilər, köçürülmə ilə bağlı xərclər və mülkiyyətçinin əmlakdan iqtisadi fayda əldə etmək imkanlarının itirilməsi də qiymətləndirməyə daxil edilməlidir. Bütün bu hesablamalar yalnız müstəqil və sertifikatlı qiymətləndiricilər tərəfindən aparılmalı, kompensasiya real bazar şəraitini əks etdirməlidir".

Sübhan Rəsulzadənin sözlərinə görə, sənədsiz tikililər kompensasiya mexanizmlərindən avtomatik şəkildə kənarlaşdırılmır: "Bu hallarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq tikilinin faktiki mövcudluğu, uzun müddət fasiləsiz istifadə edilməsi, kommunal və mühəndis şəbəkələrinə qoşulması, eləcə də bələdiyyə və icra strukturlarının tikiliyə uzunmüddətli faktiki münasibəti kimi hallar hüquqi baxımdan qiymətləndirilməlidir. O qeyd edib ki, bu yanaşma artıq Azərbaycan məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqelərlə də uyğunlaşır və hər bir iş üzrə fərdi hüquqi qiymətləndirmə aparılmasını zəruri edir".

O əlavə edib ki, Nazirlər Kabineti tərəfindən qəbul ediləcək qərarlarda sənədli və sənədsiz tikililərin fərqləndirilməsi üçün açıq, ölçülə bilən, hüquqi cəhətdən əsaslandırılmış və hamı üçün bərabər tətbiq edilən meyarlar əvvəlcədən ictimaiyyətə təqdim edilməlidir: "Eyni zamanda kompensasiya ödənişi, alternativ yaşayış sahəsinin verilməsi və ya mərhələli köçürmə mexanizmləri aydın və icraolunan formada müəyyən olunmalıdır. Yalnız hüquqi müəyyənlik, şəffaflıq və proqnozlaşdırıla bilən mexanizmlər bu cür həssas söküntü prosesinin sosial gərginlik yaratmadan və dövlət-vətəndaş münasibətlərinə zərər vermədən həyata keçirilməsini təmin edə bilər". - deyə, Rəsulzadə fikrini tamamlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Yanvar 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri