Icma.az
close
up
RU
Uzaq qohum, yoxsa yaxın qonşu yaxşıdır? EKSPERT FİKRİ

Uzaq qohum, yoxsa yaxın qonşu yaxşıdır? EKSPERT FİKRİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qan bağıyla olan qohumluq və qan bağlılıqı olmayan qohumlar arasında fərq vardır. Qan bağlılıqı olan qohumlar yaxın qohumlar sayılır, o cümlədən valideynlər, bacı-qardaşlar və s. Qan bağlılıqı olmayan qohumluq isə, məsələn, nikah yolu ilə qurulan əlaqələrdir. Hər iki halda da qohumluq mühüm bir sosial bağdır və həm mental dəyərlərimizdə, həm də dinimizdə qohumluq əlaqələrinə xüsusi önəm verilir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ramal Əliyev sözlərinə belə davam edib: “İslam dinində qohumluq əlaqələrinin möhkəmləndirilməsi çox önəmli sayılır, hətta bir hədisdə bildirilir ki, qohumluq əlaqələrini möhkəmləndirən şəxsin ömrü uzanır. Hədislərdə qohumluq əlaqələrini kəsən müsəlman ciddi şəkildə məzəmmət olunmuşdur.

Qonşular isə qohumluq bağı olmayan başqa bir sosial əlaqədir. Adətən qonşular bir-birilərinin evlərinə gedib-gələr, bişirdikləri yeməkləri bir-birinə ikram edər və evlərini bir-birinə etibar edərdilər. İslamda da qonşu haqqları mühüm sayılır. Hətta bir böyük günahın qonşuya qarşı edilməsi, digər birinə qarşı ediləndən 10 dəfə daha ağır sayılır. Peyğəmbərimizin (s.a.s) səhabələrindən birinin dediyinə görə, Allah Rəsulu qonşu haqlarından o qədər çox bəhs edib ki, bir zamanlar o qədər diqqət yetirilib ki, biz elə düşündük ki, öləndə qonşularımıza da mirasımızdan pay verməliyik.

Qohum və qonşu əlaqələrinin yaxşısı barədə mənim şəxsi fikrim belədir: yaxşı uzaq qonşu, pis yaxın qohumdan daha yaxşıdır; yaxşı uzaq qohum isə, pis yaxın qonşudan daha yaxşıdır.Elimizdəki bir atalar sözündə belə deyilir: “Dişin ağrayır, çək getsin; qonşun pisdirsə, köç bitsin”. İslamda bir kişinin xoşbəxtliyinin səbəblərindən biri də yaxşı qonşusunun olmasıdır.

Nəticə olaraq, həm qohumların, həm də qonşuların yaxşısı yaxşıdır, pisidə pisdir. Lakin, qohumundan və qonşundan pis olmağına baxmayaraq, bu, onları sevməmək və ya qarşı olmaq üçün bir səbəb olmamalıdır.İnsan həm qohumlarına, həm də,qonşularına faydalı olsun”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri