Icma.az
close
up
RU
Uzaq Şərqin ilk “dəmir ledisi” Müasir, ancaq sərt!

Uzaq Şərqin ilk “dəmir ledisi” Müasir, ancaq sərt!

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Yaponiyada bu gün yeni baş nazir seçilib.

Modern.az-ın məlumatına görə, Sanae Takaiçi ölkənin ilk qadın baş naziri olub.

Parlamentdə keçirilən səsvermə nəticəsində Takaiçi aşağı palatada 237 səs toplayıb və ölkənin ilk qadın baş naziri statusunu alıb.

O, bu gün günün ikinci yarısında rəsmi şəkildə Yaponiyanın 104-cü baş naziri kimi and içəcək.

Takaiçinin seçilməsi keçmiş baş nazir Şigeru İşibanın istefasından sonra baş tutub. O, hakim Liberal Demokrat Partiyasının (LDP) lideri kimi baş nazir postuna namizəd göstərilmişdi.

Yeni hökumət formalaşarkən LDP sağ yönümlü “Yaponiya İnnovasiya Partiyası” (İşin) ilə koalisiya razılığı əldə edib. Bu ittifaq Yaponiyanın siyasətində sağa dönüş tendensiyasını daha da gücləndirəcək.

Takaiçi sadə ailədə doğulmuş, siyasi nəsildən gəlməyən bir siyasətçidir. O, bu zirvəyə öz gücü və inadkarlığı ilə yüksəlib. O, Yaponiyada “self-made woman” kimi qəbul edilir, yəni siyasi elitadan kənardan gəlib bu səviyyəyə çatan nadir qadın fiqurlardan biridir.

Takaiçi Liberal Demokrat Partiyasının liderlik yarışında keçmiş baş nazir Juniciro Koizuminin oğlu, 44 yaşlı Şinjiro Koizumini məğlub edib. Yaponiyada siyasi sülalələrə böyük hörmət olsa da, bu dəfə seçicilər təcrübəyə və sərt mövqeyə üstünlük veriblər.

Yaponoyanın yeni xanım lideri tez-tez özünü Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerə bənzədir. Lakin ekspertlər qeyd edirlər ki, iqtisadi siyasətdə onların yolları fərqlidir.

Tetçer dövründə dövlət xərclərini azaltmaq, faizləri artırmaq və sərt büdcə siyasəti aparmaqla tanınırdı. Takaiçi isə əksinə Şinzo Abenin “yumşaq monetar siyasətini” davam etdirmək, dövlət xərclərini artırmaq və iqtisadiyyatı stimullaşdırmaq tərəfdarıdır. O, hətta Yaponiyanın Mərkəzi Bankının faiz dərəcələrini qaldırmaq qərarını “axmaqlıq” adlandırmışdı.

Onun qələbəsindən sonra Tokio birjası "Nikkei" 225 indeksi 4,7% artıb, yen isə 1,7% ucuzlaşıb.

Takaiçi paradoksal fiqurdur, o, feminist baxışlara qarşı çıxır, lakin hökumətdə qadınların sayını artırmağı və Skandinaviya ölkələrinə yaxın nisbətə çatdırmağı vəd edir.

Onun şəxsi həyatı və maraqları da qeyri-adi sayılır. Gəncliyində rok qrupunda baraban çalıb, motosikletlə bütün Yaponiyanı gəzib, at yarışlarının həvəskarıdır. Bu xüsusiyyətləri ona Yaponiyada “müasir, lakin sərt xarakterli qadın” obrazı qazandırıb.

Siyasi baxışlarına gəlincə, Takaiçi radikal mühafizəkar mövqedədir. O, immiqrasiya siyasətinin sərtləşdirilməsini, “mədəni fərqləri olan insanların” ölkəyə qəbulunun yenidən nəzərdən keçirilməsini təklif edir.

O, həmçinin Yaponiyanın hərbi gücünü artırmaq, hətta nüvə silahı qadağasının yenidən müzakirə edilməsini istəyir. Çin və Rusiya ilə bağlı daha sərt mövqe tutan Takaiçi ABŞ-ın keçmiş prezidenti Donald Tramp kimi liderlərlə təhlükəsizlik və müdafiə məsələlərində yaxın əməkdaşlıq aparmaq niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri