Icma.az
close
up
RU
“Uzaq yolların işığı”nda əks olunan sənət dünyası

“Uzaq yolların işığı”nda əks olunan sənət dünyası

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Gazelli Art House Baku” qalereyasında XX əsr Azərbaycan təsviri sənətinin görkəmli və sayılıb-seçilən nümayəndələrindən biri, Xalq Rəssamı, akademik Mikayıl Abdullayevin yaradıcılığına həsr edilmiş “Uzaq yolların işığı” adlı sərgi açılıb.

Qalereyadan XQ-yə bildirilib ki, ilk dəfə ictimaiyyətə nümayiş etdirilən işlərlə yanaşı, əllidən çox rəsm əsərlərini və kağız üzərində qrafik işləri bir araya gətirən bu sərgi layihəsi Mikayıl Abdullayevin zəngin bədii irsinə yenidən tanış olmaq üçün unikal bir imkan yaradır.

Çox az rəssam tapılar ki, bir xalqın öz kimliyini necə görməsinə Mikayıl Abdullayev qədər dərindən təsir edə bilsin. Sovet dövrünün onilliklərini də əhatə edən bir zaman kəsiyində, yarım əsr boyunca, o, Azərbaycanın vizual kimliyinin formalaşmasında həlledici rol oynayıb. Üfüqə doğru açılan şumlu tarlaları, Abşeronun quru və şəffaf işığı, eləcə də bu mənzərələrin içində yaşayan əkinçilər, su daşıyanlar və analar onun yaradıcılığında ölkənin ən tanınan obrazlarına çevrilib. Bunlar sadəcə “arxa fon” yox, bütöv nəsillərin öz doğma torpaqlarını tanıdığı və qəbul etdiyi obrazlardır. Bu vizual dil illərlə o qədər yaddaşlara hopub və doğmalaşıb ki, bu gün artıq sonradan yaradılmış yox, həmişə mövcud olmuş bir həqiqət kimi görünür.

Azərbaycanın əsrarəngiz təbiətinin ruhunu, zəhmətkeş insanlarını və mədəni həyatını tərənnüm edən əsərləri ilə şan-şöhrət qazanmış Mikayıl Abdullayev, sovet dönəmində ölkənin vizual dilinin formalaşmasında həlledici rol oynayıb. Onun əsərləri vətənə ən səmimi və dərin bağlılığı ilə seçilir, Azərbaycanın heyrətamiz gözəlliklərini gündəlik həyatın, əməyin və ənənələrin ən səmimi səhnələri ilə birləşdirir. Hər bir əsər lirik bir ruhla milli kimliyin qürurunu harmoniyaya salır, zamanın sərhədlərini aşaraq hər yeni nəslin qəlbini oxşayır, ovsunlayır, nəsildən-nəsilə, ürəkdən-ürəyə süzülərək yaşayır.

Lakin bu Vətən obrazı yolların üzərində, uzaq səyahətlərin ocağında yoğrulmuşdu. Moskvada, Sergey Gerasimovun emalatxasında sənətin sirləri öyrənən rəssam dünyanı gəzib-dolaşmağa başladı. Otuz il ərzində, dəfələrlə Hindistana qayıtdı, İtaliya, Vyetnam və Krıma səyahətlər etdi. Bu səfərlər ərzində onun kağız üzərində çevikliklə yaratdığı işıqlı əsərlər, bu uzaq məsafələrin onun baxış bucağının daha kəskin, daha dərin etməsini bir daha göstərir. Onun xarici ölkələrdə tapdığı işıq, onun öz doğma yurduna yönəltdiyi işıq ilə eyni idi. “Uzaq yolların işığı” adı da məhz bu qarşılıqlı əlaqəni vurğulayır: geniş dünya və doğma Vətən eyni diqqət, eyni baxış, eyni sarsılmaz sevgi ilə rənglənirdi.

Uzun illərin həsrətindən sonra rəssamın Bakıda təşkil olunan ilk fərdi sərgisi, nadir rast gəlinən əsərlərin əhəmiyyətli bir qismini bir araya gətirərək, Azərbaycanın incəsənət tarixində öz mərkəzi mövqeyini qoruyub saxlayan Mikayıl Abdullayevin möhtəşəm irsinə yeni nəfəs və dərin bir baxış edir.

Qeyd edək ki, sərginin təşkil olunması rəssamın oğlu Cami Abdullayevin təşəbbüsü ilə baş tutub və əsərlər şəxsi ailə kolleksiyasından seçilib. Burada nümayiş olunan işlərin çoxu ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim edilir.

Sərgi iyulun 31-dək ziyarətçilər üçün açıq olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri