Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Üzeyir Hacıbəyli Azərbaycanın pasportudur

Üzeyir Hacıbəyli Azərbaycanın pasportudur

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Elə şəxsiyyətlər var ki, onlar öz varlığı, şəxsiyyəti, dəyəri ilə bir millətin qaldırdığı, müqəddəsləşdirdiyi bayrağın görünməyən rəngi olur


Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 

Azərbaycan musiqi mədəniyyətinin qurucusu, publisist, dramaturq Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseynoğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur: 

"Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirib. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirib, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırıb. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr verib, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazıb. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir".

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Xatırladaq ki, Üzeyir Hacıbəyli XX əsrin xalqımıza bəxş etdiyi ən böyük şəxsiyyətlərdən, ən böyük simalardan biridir.

O, 1885-ci il sentyabrın 18-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında Ağcabədi kəndində anadan olub. Ü.Hacıbəylinin soy-kökü, nəsil şəcərəsi Qarabağın əsilzadə bəy nəsilləri ilə bağlıdır.

O dövrdə Şuşanın musiqi həyatında bir çox yeniliklər baş verirdi ki, bu da sonradan Azərbaycanın digər şəhərlərində – Bakıda, Gəncədə öz davamını tapırdı. 1897-1898-ci illərdə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə xanəndə Cabbar Qaryağdı oğlunun və tarzən Mirzə Sadıq Əsəd oğlunun (Sadıqcan) ifasında Şuşada göstərilən Füzulinin poeması əsasında «Məcnun Leylinin məzarı üstündə» musiqili səhnəciyi xüsusi qeyd olunmalıdır. XX əsrin əvvəllərindən Şuşada ilk Şərq konsertləri də keçirilməyə başladı. Bu konsertlərdə aşıqlar, xanəndə və sazəndə dəstələri iştirak edirdi.

Belə bir mühitdə böyüyən Üzeyir xalq musiqisini və muğamatı dərindən mənimsəyirdi. O, hətta musiqili səhnəciklərdə xorda iştirak edib.

Bəşəriyyət tarixində elə sənətkarlar və şəxsiyyətlər var ki, “...onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümum insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cürə adamlar nəinki sağlığında, ... öləndən sonra da camaata mənfəət veriblər” (Ü.Hacıbəyli.“Həqiqət” qəzeti, 1910. 14 aprel. № 82). Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dediyi bu sözləri ilk növbədə bəstəkarın özünə aid etmək olar. Bir əsr yarımdır çalınan, səslənən Ü.Hacıbəyli musiqisi Azərbaycan xalqının canına, qanına sirayət edərək onun bədii mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Sənətdə, musiqi mədəniyyətində millilik və beynəlmiləlçilik anlayışını Ü.Hacıbəyli daha qlobal, Qərb və Şərqin, dünya və milli mədəniyyətlərinin nailiyyətlərinin üzvü sintezi kimi başa düşüb və həll edib.

Bu gün Azərbaycan musiqisinin beynəlmiləl əhəmiyyət kəsb etməsində Ü.Hacıbəyli yaradıcılığının və şəxsiyyətinin böyük rolu olub. Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Bədii yaradıcılığa publisistika ilə başlayan Ü.Hacıbəyli “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” qəzetlərində müxtəlif ləqəblərlə dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. Öz məqalə və felyetonlarında Ü.Hacıbəyov dövrünün mühüm ictimai-siyasi və maarifçilik məsələlərinə toxunub, xalqını maarifləndirmək uğrunda mübarizə aparıb. Mətbuatda «Filankəs», «U», «Üzeyir» və s. imzalarla çıxış edib.

Üzeyir bəy  XX əsrin əvvəllərində Bakı şəhərinin mədəni həyatında yaxından iştirak edib, xarici artistlərin (rus, italyan, alman və b.) ölkəmizə səfərini, onların göstərdikləri dram, komediya və opera tamaşalarını, konsertlərini maraqla izləyib. O özü də yaxın dostları, məsləkdaşları ilə bərabər xalqına xidmət etmək, xalqının mədəniyyətini və musiqisini yüksəltmək üçün əlindən gələni əsirgəməyib. Ü.Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə milli opera (Azərbaycan dilində) yaratmaq qərarına gəlib.

1908-ci il yanvarın 25-də Ü.Hacıbəylinin «Leyli və Məcnun» operasının Bakıda H.Z.Tağıyevin teatrında ilk tamaşası oldu. Bu əsərlə Azərbaycanda və bütün Şərq aləmində opera sənətinin əsası qoyulub. Ü. Hacıbəyov operanın librettosunu Füzulinin eyniadlı poeması əsasında özü yazıb. 

Ü. Hacıbəyov 1909–1915-ci illərdə bir-birinin ardınca «Şeyx Sənan» (1909), «Rüstəm və Söhrab» (1910), «Şah Abbas və Xurşid Banu» (1912), «Əsli və Kərəm» (1912), «Harun və Leyla» (1915) operalarını yaradıb.

Opera ilə yanaşı, Ü.Hacıbəyov musiqili komediya janrında əsərlər də yaradı. «Ər və arvad» (ilk tamaşası - 1910), «O olmasın, bu olsun» (ilk tamaşası – 1911), «Arşın mal alan» (1913) musiqili komediyalarının mətnini də Ü.Hacıbəyov özü yazıb. Bununla o, həm də Azərbaycan dramaturgiyasında mühüm rol oynayıb. 

Bu səbəbdən adını çox iftixarla andığımız Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. 

Çağdaş Azərbaycan musiqisinin banisi, karifey bəstəkar Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də ağır ürək çatışmazlığı səbəbi ilə dünyasını dəyişib.


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Şərq”ə açıqlamasında Prezidentin Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamını yüksək qiymətləndirib: 

“Azərbaycan Prezidentinin sərəncamı dövlətçilik tariximizə və ənənələrimizə, bu ənənələrin inkişafına verilən dəyərin göstəricisidir. Üzeyir bəy elə şəxsiyyətdir ki, onun yubileylərini sadəcə yuvarlaq rəqəmlər olanda yox, hər il qeyd etmək lazımdır. Respublikamızda hər il Üzeyir Hacıbəyovun anadan olduğu gün – 18 sentyabr «Musiqi günü» kimi qeyd edilir”.

Bu kimi şəxsiyyətlərin ölkənin pasportu olduğunu vurğulayan F.Mustafa Üzeyir bəyin də Azərbaycan dövlətinin, mədəniyyətinin simvolu olduğunu  deyib: “Elə şəxsiyyətlər var ki, onlar öz varlığı, şəxsiyyəti, dəyəri ilə bir millətin qaldırdığı, müqəddəsləşdirdiyi bayrağın görünməyən rəngi olur. Üzeyir bəy də Azərbaycan bayrağının görünməyən rəngidir. Ruhu şad olsun! Üzeyir bəy hər zaman milli qaynaqlarımıza söykənən insan olaraq qalıb və həmişə də bizim üçün bu cür insan olaraq xatırlanacaq”.

Deputatın sözlərinə görə, Üzeyir bəylə bağlı keçirilən hər bir tədbirə ciddi yanaşılmalı, onun yaratdığı dəyərlər bütün gənclərə aşılanmalıdır. Üzeyir bəy təkcə musiqiçi kimi yox, eyni zamanda Azərbaycanın düşüncə həyatında önəmli rol oynayan şəxsdir. O, mədəniyyət tariximizdə təkcə dahi bəstəkar kimi deyil, eyni zamanda böyük maarifçi-pedaqoq-ziyalı, peşəkar mühərrir (jurnalist), ədib, yazıçı, musiqi professoru, bacarıqlı elm və təhsil təşkilatçısı - akademik kimi də milli tariximizə imzasını qoymuş görkəmli şəxsiyyət kimi tanınmaqdadır.

Çağdaş Azərbaycan mədəniyyəti tarixinə şanlı səhifələr yazmış Üzeyir bəy Hacıbəylinin zəngin irsi dünya musiqi mədəniyyətinin Qızıl Fonduna daxil olub”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Fevral 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri