Icma.az
close
up
RU
Üzeyir Hacıbəyli irsi Türkiyədə konfrans və konsert proqramı ilə yad edilib

Üzeyir Hacıbəyli irsi Türkiyədə konfrans və konsert proqramı ilə yad edilib

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Azərbaycanda Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Ankaradakı Qazi Universitetinin Memar Kəmaləddin adına konsert sarayında “Müsəlman Şərqinin ilk operanın müəllifi, Azərbaycan-Türki dünyası musiqisinin simvolu Üzeyir Hacıbəyli” adlı konfrans, təqdimat və konsert keçirilib.

Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, Qazi Universiteti, Ankara Musiqi və Gözəl sənətlər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri, elm xadimləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbiri moderatoru Azərbaycanın əməkdar artisti İslam Manafov, Üzeyir Hacıbəylinin əvəzolunmaz mirasından danışıb. 
Hələ 1908-cü ildə 22 yaşındaykən “Leyli və Məcnun” operasını yazaraq müsəlman və dünya mədəniyyətinə bəxş edən dahi bəstəkarın əsl vətənpərvər pedaqoq olduğunu vurğulayan Manafov, Üzeyir Hacıbəylini “bütün türk dünyasının inicisi” adlandırıb.

Üzeyir Hacıbəylinin günümüzdə də Azərbaycan müsiqi və sənətinə işıq tutduğunu deyən əməkdar artist, tədbiri təşkil edən Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan professional musiqi sənətinin banisi, Müsəlman Şərqində ilk operanın müəllifi, Türk dünyasının görkəmli bəstəkarı, musiqişünas alim, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzaladığı Sərəncama əsasən Türkiyədə də çox sayıda layihələr, nəşrlər, təqdimatlar və konsertlər həyata keçirilir.

Azərbaycanın və dünya mədəniyyət xəzinəsinin yaddaşında silinməz izlər braxan musiqi dühasının qardaş Türkiyədə yad edlməsini qürur verici hadisə adlandıran S. Abbasov, “Üzeyir Hacıbəyli Türk dünyasının ortaq səsi və dəyəridir. 

Digər çıxışçılar Qazi Universitetinin prorektoru, professor Hasan Tezer, Türk dünyası Araşdırmalar və Uyğulama Mərkəzinin rəhbəri, professor Bülent Aksoy, Ankara Musiqi və Gözəl sənətlər Universitetinin Türk xalq Musiqiləri bölümünün başkanı, professor Gökhan Ekim qeyd ediblər ki, Üzeyir Hacıbəyli əsərləri qəlblərə xitab edir, milli mədəniyyəti gücləndirirməklə,   Anadoludan Qafqaza bir “könül körpüsü” yaratmışdı. 

Görkəmli bəstəkara həsr olunmuş filmin nümayişi ilə davam edən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azerbaycanlı bestecilerden piyano eserleri” adlı kitabın təqdimatı və Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin iştirakı ilə dahi Üzeyir Hacıbəylinn əsərləri əsasında konsert proqramı təqdim edib.

Kitab Ankara Opera və Balet Teatrının mütəxəssisi Nailə Əhmədova tərəfindən tərtib olunub. Nəşrdə bir çox Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Soltan Hacıbəyov, Asəf Zeynallı, Səid Rüstəmov, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə və b. fortepiano üçün not əsərləri yer alıb.
Kitabda dahi bəstəkar Üzeyir Hacıbəyli, onun yaradıcılığı, musiqi sənətinə verdiyi töhfələrə dair geniş məlumat verilib.
Tədbir çərçivəsində keçirilən konsert proqramında Ankara Opera və Baletinin mütəxəssisi, fortepianoçu Nailə Əhmədova, Azərbaycanın Əməkdar artisti İslam Manafov, opera sənətçiləri Ömer Türkmenoğlu, Ali Tuna Güney, Fidan Hüseynova Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı Üzeyir Hacıbəylinin repertuarından milli rəqslərlə çıxış ediblər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Sentyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see214

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see195

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see150

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see145

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see144

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see136

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see135

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see134

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see134

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see129

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see129

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see128

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see128

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see126

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see125

Elgizdən canlı yayımda iştirakçıya sərt sözlər: Sən kimsən, utanmırsan?

02 Noyabr 2025 10:21see125

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see122

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri