Icma.az
close
up
RU
Üzeyir Hacıbəyli yaradıcılığında folklor motivləri: arxetipik düşüncə və simvolik məna

Üzeyir Hacıbəyli yaradıcılığında folklor motivləri: arxetipik düşüncə və simvolik məna

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Folklor İnstitutunun direktoru Qazax Müəllimlər Seminariyasında Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbirdə məruzə ilə çıxış edib

Bakı, 22 sentyabr, AZƏRTAC

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Qazax Müəllimlər Seminariyasında “Üzeyir Hacıbəyli: Bir müəllimin 140 illik manifesti” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində bərpadan sonra Qazax Müəllimlər Seminariyasının nəzdində fəaliyyətə başlayan tarixi İsrafil ağa hamamının İncəsənət Mərkəzi kimi rəsmi açılışı baş tutub. İncəsənət Mərkəzinin ilk tədbiri dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş sərgi olub. Sərgidə dahi sənətkarın zəngin yaradıcılıq irsini, Azərbaycan musiqi mədəniyyətindəki misilsiz xidmətlərini və maarifçilik fəaliyyətini əks etdirən nadir eksponatlar, arxiv sənədləri və interaktiv təqdimatlar nümayiş etdirilib.

Yubiley tədbiri çərçivəsində təşkil olunan əsas elmi diskussiyalardan biri də “Üzeyir Hacıbəyli fenomeni: XXI əsrdən baxış” adlı panel müzakirəsi olub. Qeyd edək ki, musiqişünas və Beynəlxalq Musiqi Şurasının rəhbəri Nigar Axundovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, Zümrüd Dadaşzadə, Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, tarix elmləri doktoru, professor Solmaz Tohidi, bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev, Azərbaycan Milli Konservatoriyasının prorektoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova məruzələrlə çıxış ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, paneldə müzakirədə bu elmi müəssisənin direktoru filologiya elmləri doktoru Hikmət Quliyev “Üzeyir Hacıbəyli yaradıcılığında folklor motivləri: arxetipik düşüncə və simvolik məna” mövzusunda məruzə ilə çıxış edib.

Hikmət Quliyev məruzəsində Üzeyir Hacıbəyli yaradıcılığının yalnız bəstəkarlıq və musiqi nəzəriyyəsi baxımından deyil, həm də kollektiv yaddaşın, milli-mədəni arxetiplərin daşıyıcısı kimi təhlil olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Üzeyir bəyin əsərlərindəki musiqi materialı, ideya yükü və süjet quruluşu milli folklor motivləri ilə sıx bağlıdır. Bu bağlılıq bəzən birbaşa istifadə, bəzən isə dərin mədəni arxetiplərin qeyri-şüuri şəkildə sənətə transformasiyası kimi təzahür edir.

Məruzədə xüsusi olaraq vurğulanıb ki, Üzeyir Hacıbəylinin fenomenallığı təkcə musiqi dili ilə deyil, həm də onun kollektiv mədəni yaddaşa istinad edən yaradıcılıq metodologiyası ilə izah olunmalıdır. Dahi bəstəkar folklorun yalnız forma və məzmunundan deyil, onun daşıdığı simvolik anlamlar, mental strukturlar və davranış kodlarından da bəhrələnib.

Hikmət Quliyev Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşidbanu” kimi operalarının xalq dastanları və aşıq sənətinə söykəndiyini, lakin bunun səthi bir uyğunlaşdırma deyil, sistemli və konseptual sintez olduğunu bildirib. O vurğulayıb ki, “Koroğlu” operasının aşıq sənəti üslubunda qurulması, Xalq Çalğı Alətləri Orkestrinin yaradılması, sazın və şifahi ənənənin peşəkar səhnəyə gətirilməsi məhz bu sintez yanaşmasının bariz nümunələridir.

Panel müzakirəsində təqdim olunan məruzənin ən mühüm hissələrindən biri də “Arşın mal alan” və “O olmasın, bu olsun” kimi musiqili komediyaların folklor və arxetiplərlə əlaqəli şəkildə şərhi olub. Hikmət Quliyev bu əsərlərdə ənənəvi ailə modeli, gender münasibətləri, sosial stereotiplər və davranış nümunələrinin folklorda mövcud olan “cilddəyişmə” (təğyiri-libas) motivi əsasında qurulduğunu elmi əsaslarla izah edib. O bildirib ki, Əsgər obrazının arşın mal satan cildinə girməsi təkcə süjet gedişinə dinamiklik qatan dramaturji üsul deyil, həm də klassik folklor motivinin – qəhrəmanın məqsədə çatmaq üçün kimliyini gizlətməsi – müasir bədii kontekstdə uğurlu istifadəsidir. Bu motiv “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, eləcə də digər xalq dastan və nağıllarında geniş yayılıb və kollektiv yaddaşda metaforik-simvolik mahiyyətə malikdir.

Folklor İnstitutunun direktoru çıxışında onu da vurğulayıb ki, Üzeyir Hacıbəylinin yaradıcılığında folklor təkcə motiv, süjet və musiqi qaynağı kimi deyil, həm də etnomədəni kod və simvolik məna daşıyıcısı kimi çıxış edir. Obrazlararası dialoqdan musiqi ritminə, dramatik konstruksiyadan ideoloji alt qatadək hər bir təbəqədə milli-mədəni kodların açıq və ya gizli formada bədii təzahürünü izləmək mümkündür.

Sonda Hikmət Quliyev vurğulayıb ki, Üzeyir Hacıbəyli yaradıcılığı təkcə musiqi tariximizdə deyil, ümumilikdə Azərbaycan mədəniyyətində yüksəliş, transformasiya və mədəni özünüdərk dövrünün ən mühüm simvollarından biridir. O, keçmişlə gələcək, ənənə ilə modernlik arasında inteqrasiya və sintezin nümunəsini kimi diqqəti cəlb edir.

Tədbir konsert proqramı ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri