Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Üzeyir Hacıbəyli yaradıcılığında qadın azadlığı

Üzeyir Hacıbəyli yaradıcılığında qadın azadlığı

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

Dahi bəstəkar, böyük söz adamı Üzeyir Hacıbəylinin adı Azərbaycan mədəniyyətində musiqi ilə azadlıq, sənətlə kimlik anlayışlarının qovuşduğu bir zirvəni təmsil edir. O, yalnız ilk operamızın müəllifi və milli musiqi məktəbinin banisi deyil, həm də öz dövrünün sosial problemlərinə, ictimai çatışmazlıqlarına biganə qalmayan maarifçi, publisist və satirik idi. Hacıbəyovun incəsənət tariximizə bəxş etdiyi əsərlərinə nəzər salanda görürük ki, onun yaratdığı musiqi obrazları təkcə melodiyaların daşıyıcısı deyil, həm də ictimai düşüncənin güzgüsüdür.

Dahi bəstəkarın yaşadığı dövrdə qadın hüquqları məsələsi cəmiyyətin ən böyük yaralarından biri idi. Qapalı həyat tərzi, təhsildən məhrumluq, evlilikdə iradə hüququnun olmaması - bunlar o dövrün qadın reallığı idi. Qadınlar çox zaman sadəcə ailənin və cəmiyyətin qərarlarının icraçısı sayılır, şəxsi arzu və seçimlərinə qulaq asılmır, heç soruşulmurdu da. Bir qız uşağı ata evində valideynlərinin, qardaşlarının, ər evində isə ər və onun ailəsinin şəxsi malı hesab olunurdu. Onun üzərində hər cür qərar vermək normal və alışılmış bir hal idi. Qadının səssizliyi və itaətkarlığı o qədər normallaşdırılmışdı ki, səsini çıxartmaq, istəyini dilə gətirmək onun heç yadına da düşmürdü.

Məhz belə bir mühitdə Ü.Hacıbəyli "Ər və arvad", "O olmasın, bu olsun" və "Arşın mal alan" kimi əsərləri ilə qadının səsini eşidilməz qaranlıqdan işığa çıxardı. O, musiqinin və yumorun dili ilə qadın azadlığını müdafiə etdi, xalqın ən çox sevdiyi və bir əsrdən çoxdur ki, dəyərini, aktuallığını itirməyən əsərlərin qəhrəmanlarını qadın seçiminin rəmzinə çevirdi.

Bugünkü müasir qadın azadlığı anlayışına baxdıqda, onun ideyalarının çoxunun hələ o vaxtlardan səsləndirildiyini görürük. Bu, təsadüfi deyildi: Hacıbəyli qadını yalnız ailənin bir parçası deyil, həm də müstəqil bir fərd kimi təqdim edirdi.

Üzeyir Hacıbəylinin yaradıcılığında, xüsusilə adını çəkdiyimiz əsərlərində qadın azadlığı mövzusu incə detallarla böyük ustalıqla əks olunur. Bu əsərlər dövrün mövhumatlarını tənqid edərək, cəmiyyətdə qadınların hüquqlarının tanınması, onların azadlığı uğrunda mübarizəni təsvir edir.

Musiqili komediyalar vasitəsilə müəllif xalqa daha yaxşı təsir etməyi, qabaqcıl ideyaları geniş cəmiyyətə, hətta onu dinləməyəcək, anlamayacaq təbəqələrə də çatdırmağı məqsəd qoyurdu. Qadınların cəmiyyətdə daha fəal iştirakı, onların təhsili və azadlığı Hacıbəylinin cəmiyyətə təqdim etdiyi əsas ideyalardan idi.

Onun əsərlərində qadın azadlığı həm də sosial azadlıqla əlaqələndirilir, qadınların yalnız ev işləri ilə məşğul olmaması, onların ictimai həyatda iştirakının təbliği nəzərdə tutulurdu. O göstərirdi ki, qadın yalnız ev yığışdırıb, yemək bişirib, uşaq tərbiyə etmək üçün deyil. O da ictimai işlərdə kişilərlə çiyin-çiyinə iştirak edə, lazımi məqamlarda qərar qəbul edə, ən azından öz həyatı, gələcəyi haqqında söz sahibi ola bilər.

Bu əsərlər göstərir ki, Üzeyir Hacıbəyli Azərbaycan cəmiyyətində qadın hüquqları məsələsinə böyük əhəmiyyət verirdi və onun yaradıcılığı bu sahədə mühüm bir dönüş nöqtəsi idi.

Ü.Hacıbəyli ilk komediyası olan "Ər və arvad"da cəmiyyətin cahil, geridəqalmış, insan və qadın hüquqlarına sığmayan əməllərinə qarşı çıxır. Əsər qadın azadlığını, onun şərəf və ləyaqətini, qadının insan və şəxsiyyət kimi dəyərini müdafiə edir. Əsərin baş qəhrəmanı Minnət xanım öz ağlı, zəkası, namusu və bütün yüksək keyfiyyətləri ilə fərqlənir. O, sinifli cəmiyyətin, cahil kütlənin yetişdirdiyi həyat yoldaşı Mərcan bəyin pis xüsusiyyətlərinə, yanlış əməllərinə belə dözərək onu doğru yola gətirməyə, ailəsini qorumağa çalışır. O, qadın zəkası ilə Mərcan bəyin bütün niyyətlərinə qarşı çıxır və onu gülünc vəziyyətə salır. Bununla Minnət xanım, əslində isə, müəllif təkcə Azərbaycanda deyil, o dövr müsəlman aləmində, eləcə də bir çox ölkələrdə hökmran olan çoxarvadlılıq, kəbin kəsdirmək kimi nadan, əsl ailə dəyərlərinə sığışmayan ənənələrə qarşı çıxmağı bacarır, onların yanlış əməl olduğunu göstərir.

Eyni zamanda Hacıbəyli bu əsərində də cəmiyyətdə qadınların mövqeyini, onların təhsilə, ictimai fəaliyyətə cəlb edilməsinin vacibliyini önə çəkir.

Üzeyir yaradıcılığının şah əsərlərindən hesab olunan "O olmasın, bu olsun" operettasında da qadın azadlığı mövzusu əsas xətt üzrə aparılır. Əsər, Məşədi İbad obrazı vasitəsilə patriarxal cəmiyyətin mövhumatlarını ifşa edir və bu mövhumatlardan qurtulmağın vacibliyini vurğulayır. Qadınların öz taleyini təyin etmək azadlığı bu əsərin əsas mesajlarından biridir.

1910-cu ildə yazılmış əsər gülüş vasitəsilə çox ciddi mövzunu ortaya qoyur: qadının seçim haqqı. Gülnaz obrazı buna bariz nümunədir. Onun həyatını atası və ətrafındakı kişilər müəyyənləşdirir. Qızın arzuları, hissləri və iradəsi ikinci plana keçirilir. Bu, o dövrün reallığının ədəbiyyatdakı təcəssümü idi.

Lakin Üzeyir bəy burada təkcə müşahidəçi mövqeyində qalmır. O, yumor və satira vasitəsilə cəmiyyətin bu ziddiyyətini ifşa edir. Əsərdəki obrazlar - sərvəti ilə öyünən Məşədi İbad, ağılsızlığı və tamahkarlığı ilə gülünc vəziyyətlərə düşən digər kişilər, əslində, qadının həyatını yönləndirən gücsüz, ancaq iddialı kişilərin karikaturasıdır. Onlar gülüş doğurur, lakin gülüşün arxasında acı bir həqiqət yatır: qadın hələ də öz taleyinin sahibi deyil.

Hacıbəylinin əsas yeniliyi ondadır ki, o, Gülnazın dili ilə qadının söz haqqını səsləndirir. Bu, 1900-cü illərin əvvəllərində Azərbaycanda böyük bir yenilik idi. Ona görə də bu əsəri qadının iradə azadlığını müdafiə edən ilk satirik musiqili komediyalardan biri kimi dəyərləndirə bilərik. Tamaşada gülüş o qədər ustalıqla qurulub ki, insanlar güldükləri anda da düşünməyə başlayırdılar: "Doğrudanmı qızın öz seçimi yoxdur, olmamalıdır?"

Gülnazın atası Rüstəm bəyin özünün 15 yaşlı qızını pula görə 50 yaşlı Məşədi İbada ərə verməsi kimi absurd qərarına qarşı çıxan tək insan isə dayə Sənəm olur. O, sadə xalqın təmsilçisi, sözü eşidilməyən qadın olsa da, sağlam düşüncəli, ağıllı və eyni zamanda cəsarətlidir. Sənəm və Gülnazın Məşədi İbadla görüş səhnəsindəki etirazları, bütün həqiqətləri bir-bir üzünə vurmaqları o dövr üçün görünməmiş hadisə idi.

Sənəm kimi cəsarətli bir qadından aldığı gücün, dəstəyin nəticəsi idi ki, Gülnaz az yaşına rəğmən, öz məhəbbətinə, sevgisinə sahib çıxacaq qədər cəsurdur. Onun öz sevgilisi Sərvərə atasının qərarını heç zaman qəbul etməyəcəyi ilə bağlı kəskin çıxışı, "Yox yox, mən səndən başqa kimsəyə getməyəcəyəm. Qoy məni öldürsün, mən səni sevirəm, sənə də gələcəyəm" - qərarı müəllifin öz millətinin qadınını, qızını görmək istədiyi bir biçim idi.

1913-cü ildə qələmə alınan "Arşın mal alan" operettası isə qadın azadlığının daha açıq, daha romantik bir şəkildə ifadəsidir. Əsərin baş qəhrəmanı Gülçöhrə sələfi Gülnazdan fərqli olaraq, öz hisslərini gizlətmir. O, sevdiyini seçmək istəyir və bu istəyi ilə dövrün bütün qadağalarını sındırır.

Gülçöhrənin atası Soltan bəyə rəğmən, məhəbbətinə sahib çıxması qadının cəmiyyət qarşısında öz mövqeyini bildirməsinin poetik rəmzidir. Onun "azadlıq" anlayışı təkcə sevgi ilə bağlı deyil, ümumiyyətlə qadının həyat yolunu seçməsi ilə bağlıdır. Hacıbəyli bu əsərdə qadının seçiminin kişilərin qərarlarından heç də aşağı olmadığını göstərir.

Bu əsərləri daha dəyərli və bütün dövrlər üçün sevilən edən cəhətlərdən biri də qadın azadlığı ideyasını xalqın ən sevdiyi üslub olan musiqili komediya ilə çatdırmasıdır. Əgər bu ideya ciddi publisistik məqalə kimi yazılsaydı, bəlkə də az oxucuya təsir edərdi. Amma Hacıbəyli onu yumorla, musiqi ilə təqdim etdi. Nəticədə "Arşın mal alan" bütün Qafqazda, hətta Avropada səhnəyə qoyuldu və hər yerdə eyni mesajı verdi: qadının seçim hüququ var!

Bu əsər qadınların cəmiyyətdəki mövqeyini dəyişməsə də, ən azı onların haqq səsini eşidilən etdi. Gülçöhrə obrazı qadınların həyatla bağlı ümidlərinin təcəssümünə çevrildi.

Təsadüfi deyil ki, bu əsərlərdən cəmi 5 il sonar - 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ilk işlərindən biri də qadına seçim hüququ vermək oldu. Bu isə bütün Şərqdə ilk belə addım, başqa sözlə inqilab idi. Əlbəttə, bunda Cümhuriyyət qurucularımızın aydın fikirliliyi, müasir baxışı ilə yanaşı, Üzeyir Hacıbəyli kimi ziyalılarımızın, incəsənət nümayəndələrimizin və onların yaratdığı əsərlərin rolu danılmazdır.

Bu gün XXI əsrdə qadın azadlığı daha geniş mənada başa düşülür. Qadınların təhsil hüququ, karyera imkanları, ictimai-siyasi həyatda iştirakı müasir gündəmin əsas mövzularıdır. Lakin maraqlıdır ki, Hacıbəyovun əsərlərində toxunduğu əsas məsələ - qadının seçim azadlığı - hələ də aktualdır.

Müasir dövrdə qadınların bir qismi hələ də sosial stereotiplərin təzyiqi altında yaşayır, bəzən ailə daxilində söz haqqından belə məhrum edilir. Bu mənada, "O olmasın, bu olsun" və "Arşın mal alan" yalnız 100 il əvvəl yazılmış əsərlər deyil, həm də bu günümüzün güzgüsüdür.

Hətta feminist hərəkatların əsas tələbləri ilə Hacıbəylinin əsərlərindəki qadın obrazlarını müqayisə etsək, oxşarlıqlar çoxdur. Gülçöhrənin "mənim də seçimim var" deyə səssizcə dirənişi, əslində, bugünkü qadınların müxtəlif sahələrdəki "bərabərlik" mübarizəsinin başlanğıc nöqtələrindən biridir.

Üzeyir Hacıbəyli qadın azadlığı ideyasını musiqi ilə, yumorla, satira ilə cəmiyyətin gündəminə gətirdi. O, cəmiyyətin ən böyük qadağasını - qadının səsini - yumor vasitəsilə işıqlandırdı. Onun yaratdığı qadın obrazları təkcə səhnənin qəhrəmanları deyil, həm də tarixdə qadının azadlıq axtarışlarının simvollarıdır.

Bu gün biz qadın hüquqlarından, gender bərabərliyindən danışırıqsa, unutmamalıyıq ki, bu müzakirələrin kökü hələ o vaxt həm də Üzeyir bəyin əsərləri ilə qoyulmuşdu. O, qadını musiqi səhnəsinə çıxarmaqla yanaşı, həyatın səhnəsinə də çıxardı.

Dahi bəstəkarın qadın azadlığı mövzusundakı mövqeyi onu yalnız musiqi tariximizin deyil, həm də sosial tərəqqi düşüncəmizin ən böyük simalarından birinə çevirir. Onun əsərlərinin qadın qəhrəmanları bu gün də bizə deyirlər: "Seçim haqqı insana verilən ən böyük azadlıqdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri