Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin 140 illik yubileyi ADA Universitetinin Qazax Mərkəzində qeyd olunub FOTO

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ADA Universitetinin Qazax Mərkəzində qeyd olunub FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

20 sentyabr 2025-ci il tarixində Qazax Müəllimlər Seminariyasında və yeni fəaliyyətə başlamış İncəsənət Mərkəzində Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə tədbir keçirilib.

Milli.Az xəbər verir ki, Üzeyir Hacıbəylinin zəngin irsinin qorunması, gənc nəslə tanıdılması və milli musiqi mədəniyyətinin regionlarda təbliği məqsədini daşıyan yubiley tədbiri ADA Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Gün ərzində sərgi, rəsmi və elmi çıxışlar, həmçinin konsert proqramı təqdim olunub.

ADA Universiteti tərəfindən bərpa edilən tarixi İsrafil ağa hamamı bundan sonra Qazax Müəllimlər Seminariyasının İncəsənət Mərkəzi kimi fəaliyyət göstərəcək. Buradakı ilk sərgi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunub.

Tədbirin rəsmi hissəsində ADA Universitetinin rektoru Hafiz Paşayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və universitetin prorektoru Vəfa Kazdal çıxış ediblər.

Rektor Hafiz Paşayev çıxışında gənc nəslin milli kimliyini, mənsubiyyətini və ölkə tarixini öyrənməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu dəyərlərin dərindən mənimsənilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Dəyərlərlə bərpa olunan məkan və təhsil" mövzusunda çıxış edən Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Qalib Məmməd isə təhsildə dəyərlərin önəmini qeyd edib və xalqımızın görkəmli maarifçilərinin irsinin yaşadılmasının əhəmiyyətindən danışıb.

Proqram çərçivəsində Azərbaycanın tanınmış musiqişünas, tarixçi və incəsənət xadimlərinin iştirakı ilə "Üzeyir Hacıbəyli fenomeni: XXI əsrdən baxış" mövzusunda panel müzakirəsi keçirilib. Musiqişünas və Beynəlxalq Musiqi Şurasının rəhbəri Nigar Axundovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, Zümrüd Dadaşzadə, Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, AMEA-nın Folklor İnstitutunun direktoru, Hikmət Quliyev, tarix elmləri doktoru, professor Solmaz Tohidi, bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev, Azərbaycan Milli Konservatoriyasının prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova məruzələrlə çıxış ediblər.

Daha sonra "Bir Müəllimin Manifesti" ixtisasartırma proqramının 2024-2025-ci tədris ili məzunlarına diplomlar təqdim olunub.

Yubiley tədbiri xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Niyazi adına Dövlət Simfonik Orkestrinin təqdim etdiyi möhtəşəm konsertlə başa çatıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Sentyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri