Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərsləri davam edir

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərsləri davam edir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə oktyabrın 8-də silsilə ustad dərslərinə başlanılıb.

Dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub.

Oktyabrın 18-dək davam edəcək ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.

XQ xəbər verir ki, layihə üzrə oktyabrın 9-da Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində kamança ixtisası üzrə ustad dərsi təşkil olunub.

Kamança ifaçısı, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev tərəfindən aparılan dərsdə bu təhsil ocağı ilə yanaşı, paytaxtda fəaliyyət göstərən Kövkəb Səfərəliyeva adına 16 nömrəli, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli və 4 nömrəli uşaq musiqi məktəblərindən müəllim və şagirdlər iştirak ediblər. 

Dərsin əvvəlində MEMİM-in şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva çıxış edərək layihənin gənc ifaçıların inkişafındakı önəmini vurğulayıb. 

Daha sonra şagirdlərin çalğısını dinləyən T.Əsədullayev milli musiqi alətimiz olan kamançanın ifası zamanı diqqət yetirilməli əsas məqamlardan danışıb, gənc istedadlara tövsiyələrini verib. 

Həmin gün daha bir ustad dərsi isə Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində keçirilib. Fortepiano ixtisası üzrə ustad dərsi Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyevanın iştirakı ilə gerçəkləşib. Dərsdə Bakı şəhər Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət, Niyazi adına 22 nömrəli uşaq musiqi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli, Müslüm Maqomayev adına 26 nömrəli və Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəblərinin müəllim və şagirdləri çıxış ediblər.

N.Quliyeva şagirdlərin ifası üzərində tövsiyələrini verib, repertuar seçimi, texniki imkanların inkişafı və digər istiqamətlərdə auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Layihə çərçivəsində oktyabrın 10-da Üzeyir Hacıbəylinin Ev-Muzeyində Azərbaycan Milli Konservatoriyasının müəllimi, tanınmış balaban ifaçısı, Əməkdar artist Şirzad Fətəliyevin iştirakı ilə ustad dərsi təşkil olunub. Dərsdə Bakı şəhəri Georgi Şaroyev adına 35 nömrəli, Arif Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbləri və 4 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdləri iştirak ediblər. 

Əvvəlcə MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb. O, ən qədim milli musiqi alətlərimizdən olan balabanla bağlı ustad dərsinin dahi bəstəkarın ocağında təşkilinin rəmzi məna daşıdığını bildirib. “Üzeyir bəy musiqi yaradıcılığında Şərqlə Qərbin sənət ənənələrinin uğurlu sintezinə nail olub, əbədiyaşar əsərlər yadigar qoyub”, – deyə şöbə müdiri əlavə edib.

Sonra qeyd olunan təhsil ocaqlarından bir neçə şagirdin balabanda ifası dinlənilib. Ş.Fətəliyev balaban alətinin ifaçılıq imkanları barədə söhbət açıb, şagirdlərə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb. 

Sənətkar həmçinin öz ifası ilə tədbir iştirakçılarının könlünü oxşayıb.

Oktyabrın 11-də Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbində Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın iştirakı ilə violin ixtisası üzrə ustad dərsi keçirilib. 

Ustad dərsinə adıçəkilən təhsil ocağı ilə bərabər, Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli,  Müslüm Maqomayev adına 26 onbirillik, eləcə də Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəblərinin müəllim və şagirdləri qatılıb.

Əvvəlcə şagirdlər öz ifalarını təqdim ediblər. H.Əliyeva violin ifaçılığının əsas xüsusiyyətləri ilə bağlı fikirlərini bölüşüb, müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıb, öz məsləhətlərini verib.

Xatırladaq ki, tanınmış mütəxəssislər tərəfindən aparılan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri