Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin dünyagörüşündə milli fəlsəfi və sosial siyasi aspektlər

Üzeyir Hacıbəylinin dünyagörüşündə milli fəlsəfi və sosial siyasi aspektlər

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir

fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

III yazı

Üzeyir Ha­cı­bəy­li “Rəh­bər­lə­ri­miz” mə­qa­lə­sin­də mil­li ruh­lu təş­ki­la­tın və mil­li rəh­bər­lə­rin ol­ma­sı­nın va­cib­li­yin­dən bəhs et­miş­dir. Onun fik­rin­cə, hər bir mil­lə­tin tə­ka­mül, ya da in­qi­lab yo­lu ilə tə­rəq­qi­si­nin, ye­ni­ləş­mə­si­nin əsa­sın­da mil­li li­der­lər və on­la­rın ya­rat­dıq­la­rı mil­li təş­ki­lat­lar da­yan­mış­lar. O, ya­zır­dı: “Fir­qe­yi-mü­ca­hi­de­yin­dən məq­su­du­muz bir ne­çə ada­mın, öz­lə­ri­ni mil­lət rəh­bə­ri he­sab edib, tə­rəq­qi et­mək adı ilə bi­lib-bil­mə­dik­lə­ri iş­lə­rə mü­ba­şir ol­maq de­yil­dir. Bəl­kə hər kəs mil­lə­ti tə­rəq­qi et­di­rə­cək bir sə­nət, bir əmə­lə öz öz qəl­bin­də bir şövq və hə­vəs hiss et­di­yi su­rət­də ha­man əmə­lin da­lın­ca dü­şüb, onu xalq ara­sın­da nəşr və tə­mim et­mək, onun­la xal­qın ya ağ­lı­nı və ya­xud his­siy­ya­ti-aliy­yə­si­ni nəş­vü-nü­ma et­dir­mək­lə xal­qa mad­di və ya­xud mə­nə­vi bir xid­mət gös­tər­mək işin­də da­vam et­mək­də­dir. İş­tə mü­tə­rəq­qi və mü­tə­məd­din mil­lət­lə­rin də­rə­ce­yi-tə­rəq­qi­nin ali pa­yə­si­nə na­il olub da, biz­lə­rə nis­bə­tən xoş gün ke­çir­mə­lə­ri öz kar­kün adam­la­rı sa­yə­sin­də­dir.Bu gün o millətlərin tərzi-məişəti də bizimkindən dəfələrcə xoşraqdır. Orada hər bir fərd mənafeyi-ümumiyyənin nədən ibarət olduğunu və bu mənafeyi-ümumiyyə ilə hər kəsin də mənfəəti-şəxsiyyəsi təmin edildiyini dürüst anlayıb əsl insana yaraşan bir tərzlə ömür sürürlər. Orada hər bir fərd, hər kim olursa-olsun, öz-özlüyündə öz tərzi-məişətində ona təzyiq edə biləcək və onun hüququna və hürriyyəti-şəxsiyyəsinə xələl yetiəcək şeylər ilə mü­qəyyud deyildir. Məgərinki bunun hürriyyəti-şəxsiyyəsi başqaların hüquqi şəxsiyyəsinə təcavüzdən ibarət olmasın, bu isə onlar üçün heç bir qeyd olmuyub bəlkə özləri arzu edən şeylərdəndir. Çünki özgənin hüququna toxunmaq, ya hürriyyəti-şəxsiyyəsinə əl atmağın böyük bir şərr və zərəri olduğunu hər bir fərd çox gözəl anlayır” (11). Hacıbəyliyə görə bizlərdə hələ, elə rəhbərlər yoxdur, yox olmalarına da səbəb ümum camaatımızı bürüyən, əhatə edən ətalət, kəsalət ilə bərabər, rəhbərliyə layiq olan şəxslərimizin məişətcə dar gün keçirmələridir.

O, “Biz ha­mı­mız qaf­qaz­lı ba­la­la­rı­yıq” mə­qa­lə­sin­də isə ya­zır­dı ki, Qaf­qaz mü­səl­man­la­rı­nın bir­ləş­mə­si üçün öncə, da­xi­li di­ni və mil­li ni­faq­la­ra son qo­yul­ma­lı­dır. O, yazırdı ki, yal­nız əl­dən səs çıx­mad­ığı üçün bü­tün Qaf­qaz xalq­la­rı ümu­mi düş­mə­nə qar­şı bir­lə­şib, va­hid hə­də­fə çat­maq uğ­run­da mü­ba­ri­zə apar­ma­lı­dır: “Biz ha­mı­mız Qaf­qaz ba­la­la­rı­yıq. Bi­ri­mi­zin düş­mə­ni var­sa, ha­mı­mı­zın düş­mə­ni­dir, də­fi­nə ha­mı­mız ça­lış­ma­lı­yıq. Bi­ri­mizi bir təh­lü­kə təh­did edir­sə, ha­mı­mı­zı təh­did edir, ni­ca­tı­mız it­ti­faq­da­dır. Din, mil­lət ay­rı­lı­ğı bi­zim it­ti­fa­qı­mı­za sədd ol­ma­sın gə­rək. Biz ha­mı­mız Qaf­qaz ba­la­la­rı­yıq. Həm­rəy­lik, həm­fi­kir­li­lik, həm­məs­lə­kli­lik, həm­kar­lıq bun­lar ha­mı­sı bi­zim və­zi­fe­yi-mü­qəd­dəs­lə­ri­miz­dən ədd olun­sun gə­rək. Əks su­rət­də heç bir işi­miz düz gə­tir­məz, ta­le­yi­miz ni­faq və əda­vət üçün bi­zi bir-bi­ri­mi­zə uğ­rat­ma­yıb­dır. Biz bu­nu is­bat et­mə­li­yik” (8).

Hər hal­da o, çox yax­şı an­la­yır­dı ki, Qaf­qaz xalq­la­rı ara­sın­da din, mil­lət ay­rı­lı­ğı sa­lan Çar­lıq və onun əlal­tı­la­rı­dır. Xü­su­si­lə də, Çar­lıq bir tə­rəf­dən xris­ti­an er­mə­ni­lə­ri, gür­cü­lə­ri mü­səl­man türklərə qar­şı qo­yur, di­gər tə­rəf­dən isə mü­səl­ma­nla­rın öz ara­la­rın­da da məz­həb­çi­lik, et­nikç­lik, yerliçilik hiss­lə­ri­ni alov­lan­dı­rır­dı. Be­lə ol­du­ğu təq­dir­də də, bun­dan da ən çox Qaf­qazın türk-mü­səl­man əhalisi əziy­yət çə­kir­di. Ha­cı­bəy­li bu­nu yax­şı id­rak et­di­yi üçün ümu­mi an­lam­da nə qə­dər məz­lum­la­rın haqq və hü­quq­la­rı uğ­run­da mü­ba­ri­zə apar­sa da, an­caq xü­su­si an­lam­da Qaf­qaz türk­lə­ri­nin, bü­töv­lük­də Ru­si­ya mü­səl­ma­na­rı­nın oya­nı­şı­na ça­lış­mış­dır. Bu ba­xım­dan Qaf­qaz mü­səl­man­la­rı­nın mil­li təş­ki­lat­la­rı­nın ya­ran­ma­sı, mil­li li­der­lə­ri­nin önə çıx­ma­sı mə­sə­lə­lə­ri­ni da­im diq­qət­də sax­la­yan Ha­cı­bəy­li bu­nun üçün məs­lə­kin, xü­su­si­lə də mil­li məs­lə­kin ol­ma­sı­nın va­cib­li­yi­ni də an­la­yır­dı. O, ya­zır­dı: “Məs­lək – hər kə­sin eti­qad et­di­yi bir yol­dur; ümu­mi xoş­bəxt­li­yi­ni, asa­yiş və ara­mı­nı, rə­fa­in-ha­lı­nı, tə­rəq­qi və tə­ka­mü­lü­nü tə­qib edən hər bir məs­lək onun sa­hi­bi üçün mü­qəd­dəs ədd olun­ma­lı­dır. Be­lə bir məs­lə­kə xid­mət edən şəxs ha­man məs­lə­kə xə­ya­nət et­mə­mə­li­dir. Bəl­kə o məs­lə­kin da­ha ali və da­ha mü­qəd­dəs bir yo­la ya­xın­laş­ma­sı üs­tün­də ça­lış­ma­lı­dır, in­san öz məs­lə­ki­ni də­yi­şə bi­­lər­­mi­­? Əvət, in­san yax­şı bir məs­lək­dən da­ha gö­zəl bir məs­lə­kə ke­çə bi­lər. O gö­zəl məs­lək­dən də da­ha gö­zə­li­nə ke­çə bi­lər. Yə­ni özü tə­rəq­qi et­di­yi ki­mio, məs­lə­ki də o yol­da tə­rəq­qi edə bi­lər. Am­ma yax­şı bir məs­lək­dən pis bir məs­lə­kə keç­mək ol­maz. Ke­çər­sə əx­laq­sız­lı­ğı bil­di­rər” (4, s.121).

Onun fik­rin­cə, hər bir şəx­sin ol­du­ğu ki­mi, cə­miy­yə­tin də özü­nə­məx­sus məs­lə­ki olur ki, Qaf­qaz türk­lə­ri­nin də məs­lə­ki mil­lə­tin tə­rəq­qi­si və in­ki­şa­fı­dır. Baş­qa söz­lə, mil­li təş­ki­lat üçün mil­li li­der, mil­li li­der üçün də milli məs­lək va­cib­dir. Məs­lə­kə sa­hib ol­maq isə yal­nız öz xal­qı­nı de­yil, ümu­mi­lik­də in­sa­niy­yə­tə diq­qət ye­tir­mək­dir. O, ya­zır­dı: “İn­di bu iyir­min­ci əsr­də vaxt­dır ki, da­ha biz öz in­san­lı­ğı­mı­za diq­qət ye­ti­rək. Özü­mü­zün də sa­ir­lər ki­mi mə­ha­rət­lər gös­tə­rə bi­lə­cək in­san ol­du­ğu­mu­zu nə­zə­rə alıb bir kə­rə o qa­ra pər­də­ni üs­tü­müz­dən ataq. Mə­ha­rət və us­tad­lı­ğı­mı­zın üs­tü­nü bü­rü­yən kə­sif qa­bıq­la­rı yır­taq və içi­miz­də möv­cud olan sər­vət və sa­ma­nın zü­hu­ru­na və zü­hu­ru ilə həm özü­mü­zə və bü­tün in­sa­niy­yə­tə xid­mət­lər gös­tə­rə­cə­yi­nə ma­ne ol­ma­yaq”(4, s.129).

Ha­cı­bəy­li çox doğ­ru ya­zır­dı ki, hər bir cə­miy­yət ilk növ­bə­də, öz da­xi­lin­də bü­töv­ləş­mə­li, ina­mı­nı ar­tır­ma­lı, hə­ya­ta bağ­lı­lı­ğı­nı güc­lən­dir­mə­li, bir söz­lə va­hid bir top­lum ol­du­ğu­nu dərk et­mə­li­dir. Ona gö­rə hər han­sı ailə­də bö­yü­yən uşaq za­man keç­dik­cə öz ailə­si ilə di­gər ailə­lə­ri mü­qa­yi­sə edə bi­lib, bu­na uy­ğun ola­raq möv­qe­yi­ni də­qiq­ləş­di­rə­rək öz ailə­si­nin qay­ğı­sı­na qal­dı­ğı ki­mi, bir fər­din də xal­qa mü­na­si­bət­də möv­qe­yi, məs­lə­ki də­qiq ol­ma­lı­dır. Əgər bir top­lum­da mil­lə­tin fərd­lə­ri­nin, xü­su­si­lə də qa­baq­cıl in­san­la­rı­nın ümum­mil­li mə­sə­lə­lər­də möv­qe­lə­ri də­qiq de­yil­sə, tə­rəd­düd için­də hə­yat­la­rı­nı ya­şa­yır­lar­sa, o za­man hə­min top­lu­mun gə­lə­cə­yi ola bil­məz. O, “Halımız” məqaləsində yazırdı: “Ənvai-əksam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüz, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işğal etməkdəyik – bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən “millətimiz cahidlir, bacarıqsızdır, , müsəlmandan bir şey çıxmaz” kimi sözlərin ağız sahiblərini bir yerə yığsaq, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə “ahu-zarına” istinadən camaatımızı bədbinlər cərgəsindən sayar”(9).

Hacıbəyliyə görə cəmiyyətin içində başqa bir çoxluq isə var ki, heç də halmızdan bədbin deyil, əksinə xeyli dərəcədə nikbindir­lər, gələcəkdən heç də qoruxmurlar, çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər: “Fəqət əsil mətləb burasıdır ki, bizlər nə bədbinlərdənik, nə də nikbinlərdən. Zatən biz bədbinlik və nikbinlik nə olduğunu da bilmirik. Bir hissəmizin də halımızdan şikayət etməsi bədbinlik əlaməti deyildir. Bəlkə boş-boşuna vayıldamaqdır. Uşaq ağlamağıdır. Digər hissə­mizin də nikbinanə davranması qeydsizlik və yaxud qəflət əlamətidir” (9).

O, “Öz ha­lı­mız­dan” (1910-cu il, ap­rel) ad­lı mə­qa­lə­sin­də də əsas diq­qə­ti Qaf­qaz türk­lə­ri­nin bir mil­lət ola­raq bü­tün­ləş­mə­si, tə­rəq­qi­si və ye­ni­ləş­mə­si mə­sə­lə­si­nə yö­nəlt­miş­dir. Bü­tün bun­lar üçün də, mil­lə­tin fərd­lə­ri­nin mil­lə­tin və in­san­lı­ğın bir­li­yi, di­ri­li­yi na­mi­nə bir-bi­ri­lə­ri­nə ar­xa dur­ma­la­rı­nı va­cib he­sab edən Ha­cı­bəy­li­yə gö­rə Av­ro­pa xalq­la­rı məhz son əsr­lər­də (əv­vəl­lər Av­ro­pa xalq­la­rı da in­di­ki Şərq xalq­la­rı­nın ya­şa­dı­ğı və­ziy­yət­də olub­lar) bu­na əməl et­mə­lə­ri sa­yə­sin­də bu­gün­kü tə­rəq­qi­yə na­il olub­lar; xü­su­si­lə də mil­lət və in­sa­niy­yət üçün ça­lı­şan mü­tə­fək­kir­lə­rə sa­hib çıx­maq­la tə­rəq­qi əl­də edib­lər. O, ya­zır­dı: “La­kin biz­lər­də mil­lə­tin tə­rəq­qi və tə­məd­dü­nü­nə bö­yük bir eh­ti­ya­cı olan bu za­man­da, bu cü­rə tə­rəq­qi və tə­məd­dün mən­bə­yi olan şəxs­lə­rə heç bir qədr və qiy­mət qo­yan­lar yox­dur. On­la­ra vü­sət ve­rən, qa­baq­la­rı­na tez bir mey­dan açan adam­lar yox­dur, ək­si­nə is­te­dad sa­hib­lə­ri­nin ba­şın­dan vu­rur­lar, hə­vəs­dən sa­lır­lar, in­ci­dir­lər, haq­qın­da bir çox na­rə­va və na­gü­va­ra iş­lər gö­rür­lər. Odur ki, hər bir is­te­dad sa­hi­bi də bil­mər­rə sövq və hə­vəs­dən dü­şüb, adi adam­lar cər­gə­si­nə gi­rib də kəs­bi-ru­zi da­lın­ca ge­dər­lər...” (10).

O, yazırdı ki, ha­zır­da maa­rif və tə­rəq­qi üçün təş­kil edil­miş cə­miy­yət­lər­dən heç bi­ri də, bu cür mü­hüm mə­sə­lə­yə diq­qət ye­tir­mə­miş­dir: “Hə­qi­qə­tən – mil­lət bir bağ ye­ri­dir, qa­bil və müs­tə­id adam­lar isə o ba­ğın mey­və­li ağac­la­rı və ətir­li gül­lə­ri mən­zi­lə­sin­də­dir. Mə­sə­lən, ən­vai elm­lə­rə və fən­lə­rə da­ra olan­lar mey­və­li ağac­lar mən­zi­lə­sin­də­dir. Sə­na­ye­yi-nə­fi­sə sa­hib­lə­ri isə ətir­li gül­lər ye­rin­də­dir. Lə­ziz mey­və­lər in­sa­nın bə­də­ni­nə, mü­ət­tər gül­lər də in­sa­nın ru­hu­na ləz­zət ve­rən ki­mi, elm və fü­nun sa­hib­lə­ri əha­li­nin ağ­lı­nı, sə­na­ye­yi-nə­fi­sə sa­hib­lə­ri də­ca­maa­tın ru­hu­nu tər­bi­yə edir­lər... Bə­li, hər hal­da yax­şı bağ­ba­nı ola bi­lə­cək bir cə­miy­yə­tə bö­yük eh­ti­ya­cı­mız var­dır”(10).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Noyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri