Icma.az
close
up
RU
AMEA da “Üzeyir Hacıbəylinin dünyagörüşünün milli fəlsəfi aspektləri” mövzusunda seminar keçirilib

AMEA da “Üzeyir Hacıbəylinin dünyagörüşünün milli fəlsəfi aspektləri” mövzusunda seminar keçirilib

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

11 iyun 2025-ci ildə tanınmış ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutununn Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsində seminar keçirilib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.ü.f.d., dosent Faiq Ələkbərli “Üzeyir Hacıbəylinin dünyagörüşünün milli fəlsəfi aspektləri” başlıqlı məruzəsində onun sosial-demokrat, milli demokrat görüşlərindən, ictimai və fəlsəfi fikir baxışlarından bəhs edib. Onun sözlərinə görə, Üzeyir Hacıbəyli yaradıcılığında soydaşlarını, dindaşlarını tərəqqiyə, maariflənməyə səsləməklə yanaşı, islamlıqla türklüyün dirilişi və inkişaf yollarını da göstərmişdir. O, bir tərəfdən geriçilik dövrünü yaşayan türk-müsəlman xalqlarının problemlərinin əsas mahiyyətini göstərməyə çalışmış, digər tərəfdən Qərbə nisbətdə geridə qalan Şərq xalqlarının, o cümlədən türk-müsəlman millətlərinin çıxış yollarını aramışdır. Azərbaycan türklərinin tərəqqisi uğrunda mübarizə aparan Üzeyir Hacıbəyli ilk dövrlərdə hesab edirdi ki, bunun üçün ən optimal cərəyan sosial-demokratizm olub, yalnız sosializm əqidəsi bütün insanların sosial və hüqüqi bərabərliyindən yanadır. F.Ələkbərli: “Ancaq çox keçmədən o, belə bir qənaətə gəlmişdir ki, artıq bütün millətlər kimi türk-müsəlman xalqlarının da milli cəmiyyətlər yaratması, milli-dini birliyə nail olması vaxtıdır. Xüsusilə də, milli birlik, yəni Türk xalqlarının birliyi yolunda o, milli təşkilatların yaranmasını vacib hesab etmişdir. Bizcə, onun dünyagörüşündə Türk-İslam aləminin vəziyyəti və çıxış yolları ilə bağlı irəli sürdüyü bir çox mülahizələr günümüzdə də aktuallığını qoruyub saxlamaqdadır”. Faiq Ələkbərliyə görə, Ü.Hacıbəylinin türkçülük və islamçılıqla bağlı baxışları daha çox Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşının fikirləri ilə üst-üstə düşmüşdür.

Sonda fəlsəfə elmləri doktoru, prof. Rafail Əhmədli, sosiologiya elmləri doktoru Səadət Məmmədova, f.ü.f.d.,dosent Şahin Bağırov, f.ü.f.d. Zaur Rəşidov, dosent Mətləb Mahmudov, doktorant Rasim Məcidov və başqaları Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı fikirlərini bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 İyun 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri