Icma.az
close
up
RU
Uzun müddət oturmaq beynin kiçilməsinə səbəb olur ARAŞDIRMA

Uzun müddət oturmaq beynin kiçilməsinə səbəb olur ARAŞDIRMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ-də aparılan yeni bir elmi araşdırma uzun müddət oturmaqla bağlı təhlükəli nəticəni üzə çıxarıb.

Redaktor.az xəbər verir ki, nəticələrə əsasən, uzun müddət oturaq həyat tərzi təkcə fiziki deyil, həm də beyinin quruluşuna mənfi təsir göstərir.

Vanderbilt Universiteti, Pittsburq Universiteti və Seul Milli Universitetindən alimlərin birgə apardığı tədqiqatda 50 yaşdan yuxarı insanların gündəlik oturma müddətləri ilə beyin sağlamlıqları arasındakı əlaqə öyrənilib. Alimlər qeyd edirlər ki, hərəkətsiz həyat tərzi xüsusilə "alzheimer" olmaqla, demensiyanın müxtəlif formaları ilə əlaqəli ola bilər. Onların fikrincə, təkcə müntəzəm fiziki fəaliyyət kifayət deyil, gündəlik oturaq vaxtın azaldılması da zəruridir.

Tədqiqat çərçivəsində 50 yaşdan yuxarı olan 404 könüllü iştirakçı bir həftə boyunca xüsusi sensorlarla izlənilib. Onların 87%-i həftəlik tövsiyə olunan ən az 150 dəqiqəlik fiziki fəaliyyət normasını yerinə yetirsə də, gün ərzində daha çox oturan şəxslərdə beyin həcminin azaldığı və zehni zəifləmə əlamətlərinin müşahidə olunduğu aşkar edilib. Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incəlmə müşahidə olunub. Qeyd edək ki, bu bölgə "alzheimer" xəstəliyində ilk zərər görən beyin sahələrindən biridir.

Neyroloq Dr. Marissa Gogniat bildirib: “Alzheimer riskini azaltmaq üçün yalnız idman etmək kifayət etmir. Gündəlik oturma müddətini azaltmaq da bir o qədər vacibdir”.

Araşdırmada oturma ilə beyin sağlamlığı arasında birbaşa səbəb-nəticə əlaqəsi qurulmasa da, daha çox hərəkətsiz həyat tərzinin beyin yaşlanmasını sürətləndirdiyi müşahidə olunub. Genetik olaraq "alzheimer"ə meyilli insanlarda isə bu təsirin daha güclü olduğu müəyyən edilib.

Vanderbilt Universiteti Tibb Mərkəzindən Dr. Angela Jefferson isə bildirib: “Xüsusilə genetik risk daşıyan şəxslər gün ərzində tez-tez oturmaqdan qalxmalı, fasilələr verməlidirlər. Bu beyin sağlamlığı baxımından olduqca vacibdir”.

Mütəxəssislər gündəlik işində uzun müddət masa arxasında oturan və ya ümumilikdə hərəkətsiz həyat tərzi sürən insanların sağlamlıqlarını qorumaq üçün oturma müddətlərini azaltmağa çalışmalı olduqlarını vurğulayırlar.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri