Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Uzunmüddətli uçuşlar sağlamlığa necə təsir edir?

Uzunmüddətli uçuşlar sağlamlığa necə təsir edir?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bu mövzuya müraciətimizin səbəbi ötən həftələrdə sosial şəbəkələrdə paylaşılan bir epizod – telemüsahibədə müğənninin təkidlə söylədiyi “təyyarələrdən çox istifadə edirəm deyə qanımda dəmir azalır” fikrinə aparıcının etirazı, eləcə də bu açıqlama ilə bağlı müxtəlif rəylər oldu.

Məsələ burasındadır ki, sərhədlərin şəffaflaşdığı qloballaşan dünyada, əksər insanlar vaxta qənaət məqsədilə, həm də mənzil başına rahat çatmaq üçün nəqliyyat vasitəsi kimi çox vaxt təyyarədən istifadə edirlər. Nəqliyyat növləri arasında ən təhlükəsizi də təyyarə sayılır.

Əgər belədirsə, doğrudanmı, dövrü və uzunmüddətli uçuşlar insan orqanizminə mənfi təsir göstərə, xüsusən anemiyaya səbəb olabilər? Bunun ehtimal, yaxud gerçək olduğuna aydınlıq gətirmək üçün bu mövzuda araşdırma aparmış tibb elmləri doktoru, professor Musa Qəniyevə müraciət etdik.

Professorun fikrincə, dövrü və uzunmüddətli uçuşların anemiyaya səbəb ola bilməsi əslində reallıqdır. Lakin bu halın insan orqanizmində baş verən hər hansı bir ciddi patologiya və ya pozğunluqlarla əlaqəsi yoxdur. Səbəbi uçuş zamanı baş verən zəif hipoksiyanın (oksigen aclığı) fizioloji kompensasiya mexanizmi səbəbindən, dəmirin metabolizmə və qanyaranmaya təsiridir.

10–12 min metr yüksəklikdə, təyyarənin germetik salonunda təzyiq, dəniz səviyyəsindən təqribən 1800–2500 metr yüksəklikdəki təzyiqə müvafiqdir. Bu yüksəklikdə oksigenin parsial təzyiqi az olduğuna görə, anemiyaya yol açan bəzi mexanizmlər aktivləşir.

Proses necə baş verir?

Alim bildirdi ki, uçuşlar zamanı qanın “oksigenlə doyması” zəifləyir və hipoksiya baş verir. Oksigen aclığını kompensasiya etmək üçün ilkin saatlarda toxumalarda HIF-1α faktoru aktivləşir və sümük iliyini stimulə edən eritropoetin hormonunun sintezi kəskin artır, qanyaranma (eritropoez) sürətlənir. Yeni hemoqlobin sintezi üçün sümük iliyi orqanizmin depo dəmir ehtiyatından (ferritin) intensiv şəkildə istifadə edir. Nəticədə orqanizmdə dəmir ehtiyatı tədricən azalır.

Uçuşlar mütəmadi və uzunmüddətli olduqda, mikroqravitasiya səbəbindən orqanizmdən mayenin mərkəzi qan dövranına yığılmasını sinir tənzimi, böyrəklərdə “qan həcminin artıqlığı” kimi dəyərləndirir və kompensator olaraq eritropoetin sintezi kəskin şəkildə azalır. Eritropoetin çatışmazlığı sümük iliyindən təzə çıxmış retikulositlərin və yeni yaranan eritrositlərin vaxtından əvvəl məhv edilməsinə (neositoliz) və anemiyanın dərinləşməsinə yol açır.

Eritropoetin miqdarının azalması və orqanizmdə yaranan pro-iltihabı status, eləcə də uzunmüddətli uçuşlar zamanı saat qurşaqlarının tez-tez dəyişməsi nəticəsində yaranan dizritmiya dəmir mübadiləsini tənzimləyən əsas qaraciyər hormonu hepsidinin sintezini artırır. Bu hormon dəmirin bağırsaqlardan sorulması və depolardan azad olunmasını blokada edir. Nəticədə orqanizmdə dəmir ehtiyatı kifayət dərəcədə olduğu halda belə, eritropoez (qanyaranma) üçün dəmir çatışmazlığı yaranır.

Sirkad ritmlərin pozulması və psixoemosional gərginlik, qanda kortizolun xroniki yüksəlişini törədir. Bu hal, sümük iliyində eritroid hüceyrələrin apoptozunu (proqramlaşdırılmış ölümünü) sürətləndirir. Steroid hormonların qan plazmasında konsentrasiyasının artması, mədə-bağırsaq traktından dəmirin və B12 vitamininin sorulmasını zəiflədir.

Uçuş zamanı yaranan stres və hipoksiya fonunda GM-CSF və TNF-α, IL-6, IL-1β və TNF-α kimi sitokinlərin sintezi artır. Bu maddələr sümük iliyinin eritropoetinə qarşı həssaslığını azaltmaqla yanaşı, hepsiidinin sintezini gücləndirir və eritrositlərin yaşama müddətini qısaldır.

Uzunmüddətli uçuş şəraitində qalxanvari vəzi hormonlarının (T-3, T-4) mübadiləsində yüngül adaptiv durğunluq və ya funksional azalma da müşahidə oluna bilər. Bu hormonlar eritropoetik toxumanın metabolik aktivliyini dəstəklədiyi üçün, onların nisbi çatışmazlığı qanyaranmanın sürətini ləngidir.

Musa Qəniyev qeyd etdi ki, məhz bu amillərin kompleks təsirinin nəticəsi olaraq, mütəmadi və uzunmüddətli uçuşlar zamanı anemiyanın başvermə ehtimalı labüddür. Lakin yadda saxlamaq lazımdır ki, anemiya riskində əsas amil uçuşların sayı, müddəti və ferritinin konkret şəxsdə olan ilkin miqdarıdır. Həftə ərzində 2–4 uçuş, davam etmə müddətinin 6–12 saat və daha artıq olması, xüsusən ferritin ehtiyatının normanın aşağı həddində (30 mkq/kq) olması anemiyanı tətikləyən haldır.

Bu şərtlər də daxil, anemiyaya həlledici səbəb həmin şəxslərdə gizli daxili qanaxmanın olmasıdır. Dövrü olaraq antikoaqulyant və ya antiaqreqant (kardioaspirin, kardiomaqnil və s.) qəbulu, dəmirin mədə-bağırsaq traktından sorulmasının pozulması (atrofik qastrit, axlorhidriya, seliakiya), mensturasiyanın coxlu qan itkisilə müşahidə olunması və s. kimi hallar əsas risk faktoru sayılır.

Əgər insanda gizli qanitirmə mənbəyi yoxdursa, mədə-bağırsaq traktı normal fəaliyyət göstərirsə və qida ilə kifayər qədər dəmir alınırsa, dövrü (ayda 2–3) qısa, hətta ortamüddətli uçuşların patoloji dəmir azlığı və ya anemiyaya səbəbolma riski yoxdur və xüsusi müalicə və ya profilaktik tədbirlərin aparılmasına ehtiyac yaranmır. Bunun səbəbi orqanizmin “yüksəkliyə uyğunlaşma” rejiminə (yüksək dağlıq ərazilərdə yaşayan insanlar kimi) keçməsidir.

Bu halda qanyaranmanın sürətlənməsi və dəmir sərfinin artması, eritrositlərin yaşama müddətinin uzanması və resirkulyasiya ilə müşahidə olunur. Nəticədə qalaq və qaraciyərdə parçalanan yaşlı eritrositlərdən azad olan dəmirin, yeni eritrositlərin əmələ gəlməsində təkrar istifadəsi optimallaşır.

Bəs pilotların, stüardessaların durumu?

Professorun söylədi ki, maraq doğuran əsas məsələlərdən biri də məhz pilot və uçuş heyəti üzvlərinin anemiyaya tutulub-tutulmaması haqqında fikirlərdir. Əslində əsas risk qrupunda olan şəxslər məhz bu insanlardır. Anemiyanın peşə xəstəliyi olmamasının əsas səbəbi isə bu şəxslərin seçiminin ciddi tibbi və peşə seçimi tələbləri səviyyəsində aparılmasıdır. Onlar mütəmadi olaraq qanın biokimyəvi analizini verir.

Əgər hemoqlobinin azalması və ya gizli dəmir çatışmazlığı aşkar edilərsə, bu göstəricilər bərpa olunan müddətə qədər, onlar, müvəqqəti olaraq uçuşdan kənarlaşdırılırlar. Uçuş heyəti üçün xüsusi qidalanma və istirahət rejimi vardır. Onların qidası həm dəmirlə (yağlı olmayan qırmızı ət, qaraciyər) zəngin olur. Uçuşlararası biokimyəvi hemostazın və hormon (hepsidin, eritropoetin) balansının tam bərpa olması üçün məcburi istirahət rejimi tətbiq olunur.

Müsahibimiz son olaraq bildirdi ki, dövrü və uzunmüddətli uçuşların anemiyaya səbəbolma riski ehtimal yox, həqiqətdir. Lakin məlum tələblərə əməl etdikdə, bunun qarşısını almaq mümkündür.

Zərifə BƏŞİRQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri