Uzunömürlülüyün gözlənilməz amili açıqlandı: Fiziki hərəkətlər və düzgün qidalanma deyil
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-li psixiatr Robert Valdinqer elmi araşdırmalar nəticəsində aşkarlanan uzunömürlülüyün gözlənilməz amilindən danışıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "El Español" nəşrinə müsahibəsində bəhs edib.
Valdinqer bildirib ki, uzunömürlülüyü təmin edən əsas amil fiziki hərəkətlər və düzgün qidalanma deyil, sosial əlaqələrdir. Sosial əlaqələr bədənə mənfi təsir göstərən stresi aradan qaldırır.
Həkimin sözlərinə görə, uzunömürlülük üçün böyük jestlər etmək vacib deyil. Sadəcə ailə və dostlara qayğı göstərmək kifayətdir. Bu səbəbdən smartfonu bir müddət kənara qoyub yaxınlarla vaxt keçirmək faydalıdır.
"Bundan əlavə, darıxdırıcı əlaqələri canlandırmaq üçün ümumi fəaliyyət növləri tapmaq mümkündür", - deyə Robert Valdinqer vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 22 May 2025 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















