Icma.az
close
up
RU
Üzvi tullantılardan metan emissiyalarının azaldılması mövzusunda yüksəksəviyyəli tədbir keçirilib VİDEO AZƏRTAC

Üzvi tullantılardan metan emissiyalarının azaldılması mövzusunda yüksəksəviyyəli tədbir keçirilib VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

COP29 çərçivəsində ərzaq, kənd təsərrüfatı və su tematik günündə üzvi tullantılardan metan emissiyalarının azaldılması mövzusunda yüksəksəviyyəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək üzvi tullantıların metan emissiyalarının əsas mənbələrindən biri olduğunu və bu emissiyaların azaldılmasının iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycan COP29-un sədri kimi qlobal miqyasda metan emissiyalarının azaldılması üçün sektoral yanaşmanın vacibliyinə diqqət çəkən bəyanat təqdim edib. Bəyanatda məişət tullantılarının səmərəli idarə olunması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və bu sahəyə maliyyə resurslarının cəlb edilməsi kimi vacib məsələlər yer alıb.

Yüksəksəviyyəli tədbirdə Cənubi Koreya, Slovakiya, Moldova və Nigeriyanın ətraf mühit nazirləri, ABŞ Prezidentinin İqlim məsələləri üzrə müşavirinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru, eləcə də Beynəlxalq Bərk Tullantılar Assosiasiyasının prezidenti iştirak ediblər.

Tədbir zamanı ABŞ, Böyük Britaniya, Almaniya, Kanada, Yaponiya, Cənubi Koreya, Nigeriya kimi ölkələr Azərbaycan tərəfindən bu mövzuya qlobal diqqətin yönəldilməsini yüksək qiymətləndirərək təqdim edilən bəyanata qoşulublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri