Icma.az
close
up
RU
V Respublikanın və Makronun sonu: 67 il sonra tarix təkrarlanır...

V Respublikanın və Makronun sonu: 67 il sonra tarix təkrarlanır...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yelisey sarayı xilas yolu axtarışındadır

Fransada artıq bir müddətdir ki, davam edən hökumət böhranı axır ki, özünün “məntiqi nəticəsini” göstərdi - Fransa parlamentinin aşağı palatası baş nazir Fransua Bayrunu vəzifəsindən azad edib. Xatırladaq ki, sentyabrın 8-də Milli Assambleyanın deputatlarının əksəriyyəti büdcə mübahisəsi fonunda doqquz aylıq səlahiyyət müddətindən sonra 74 yaşlı hökumət başçısına etimadsızlıq nümayiş etdirib. 194 deputat Bayru hökumətinə yenə də etimad göstərilməsinin lehinə səs versə də, 364 deputat bunun əleyhinə çıxıb. Qeyd edək ki, hökumətə etimadla bağlı səsvermədən əvvəl Bayru Milli Assambleyanın fövqəladə iclasında növbəti dəfə büdcəsinə dəstək qazanmağa çalışıb - müxalifət isə hələ sessiyadan əvvəl 2026-cı il üçün qənaət planına dəstəyi gücləndirmək üçün səsvermə fürsətindən istifadə etmək istəyən Bayruya etimad göstərməyəcəyini açıqlayıb. Onlar bildiriblər ki, Fransanın yüksək borcu, Bayruya görə, ölkənin varlığını təhdid edir. “Sizin hökuməti devirmək imkanınız var” amma “reallığı silmək” yox”, - deyə vəzifədən gedən baş nazir etimad səsverməsindən əvvəl Milli Assambleyanın müxalifətçi deputatlarına səslənib.

Qeyd edək ki, Fransua Bayru prezidentyönlü siyasi koalisiyaya daxil olan mərkəzçi Demokratik Hərəkat (MoDem) partiyasının lideri idi. O, 2024-cü ilin dekabrında Fransanın Baş naziri təyin edildi - ondan əvvəlki baş nazir Mişel Barnye isə öz postunda cəmisi 3 ay otura bilmişdi. Bayru 1993-1997-ci illərdə Fransanın Milli Təhsil Naziri olub. 2017-ci ildə isə qısa müddət ərzində Ədliyyə Nazirliyinə rəhbərlik edib. O, 2002, 2007 və 2012-ci il prezident seçkilərində də namizəd olub.

Artıq “eks” olan baş nazir sentyabrın 9-da prezident Emmanuel Makronla görüşmək üçün Yelisey Sarayına gəlib və istefa ərizəsini təqdim edib. Dövlət başçısı bu ərizəni dərhal imzalayıb...

Aİ ölkələri arasında ən böyük borcu olan ölkə...

Qeyd edək ki, hökumət 44-45 milyard avro həcmində kəsintilər təklif etmişdi. Bu təşəbbüsə pensiyalar, sosial yardımlar və iki ümumi tətil gününün ləğvi kimi kəskin addımlar da daxil idi - bu isə, həm sol, həm sağ siyasi dairələrdə geniş narazılıq yaratdı. Yaranan situasiya geniş ictimaiyyət və siyasətçilər tərəfindən “brutal” və qeyri-ədalətli sayıldı. Atlantik Şura (Atlantic Council) ekspertləri Bayrunun əsas səhvinin konsensus yaratmağa çalışmaması olduğunu irəli sürürlər - onların fikrincə, Bayru xüsusilə payız ayında dialoqa daha açıq olmalı idi. Hökumətin yaratdğıı riskli vəziyyət, yenidən etimad sarsılmasına görə investorlar Fransanı Avrozonanın “periferiyası” kimi dəyərləndirməyə başlayıblar - bir müddət öncə borc faizləri Yunanıstan və İtaliya səviyyəsinə yaxınlaşdı və kredit risk primləri artdı. Əhalinin böyük hissəsi hökumətin gəlirlər üçün büdcə kəsintiləri planını sosial ədalət prinsipinə zidd adlandırdı. Bu faktorlar Bayru hökumətinin qısa müddətdə ictimai və maliyyə baxımından etimadsız, populist və qeyri-reformist kimi dəyərləndirilməsinə səbəb oldu.

Qeyd edək ki, bir çox siyasi ekspertlər Bayrunun istefasını Fransa üçün siyasi böhranın davamı adlandırır. Büdcənin qəbul edilməsi və iqtisadi problemlərin həllinin zəruri olduğu bir vaxtda ölkənin hökumətsiz qalması vəziyyəti çətinləşdirir - nəzərə alınmalıdır ki, Fransanın dövlət borcu və büdcə kəsiri Aİ ölkələri arasında ən böyüklərdəndir.

Yeni baş nazir: müxalifət seçki tələb edir

Bayruya etimad səsverməsi öncəsi Fransa Milli Assambleyasının Sosialist Partiyasından olan üzvü Boris Vallot bildirmişdi ki, Emmanuel Makron xahiş etsə, sosialistlər ölkəni idarə etməyə hazırdırlar. İfrat sağçı lider Marin Le Pen də öz növbəsində Fransa prezidentini növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb. Onun sözlərinə görə, Bayrunun istefası ölkənin “xəyali hökumətinin aqoniyasının sona çatmasına” gətirib çıxaracaq.

Yeni baş nazir isə, Bayru hökumətində müdafiə naziri olan Sebastyan Lekornu təyin olunub. Bununla bağlı Yelisey sarayı məlumat yayıb. Yeni baş nazir 11 iyun 1986-cı ildə Aubonne (Val d’Oise departamenti) şəhərində anadan olub. O, erkən yaşlarından siyasətlə maraqlanıb, 16 yaşında Xalq Hərəkatı Uğrunda Birlik partiyasının fəal üzvü olub. Hüquq üzrə bakalavr, daha sonra Pantheon-Assas Universitetində hüquq üzrə magistr dərəcəsi alıb. 2005-ci ildə Fransa Milli Assambleyasının Eure departamentindən Frank Gilardın köməkçisi kimi işə başlayıb. 2010-cu ildə Eure departamentində partiya qrupunun rəhbərinin müavini vəzifəsinə seçilib və deputat Frank Gilardın müavini olub. 5 aprel 2014-cü ildən 2015-ci il dekabrın 4-dək Vernon şəhərinin meri kimi fəaliyyət göstərib. 2017- 2018-ci illərdə Eduard Filipin başçılıq etdiyi ikinci hökumətində İnteqrasiya edilmiş Ekoloji Keçid Nazirinin Dövlət Katibi vəzifəsini tutub. 2018-2020-ci illərdə yerli idarəetmədən məsul nazir, 2020-ci ildən 2022-ci ilə qədər Fransanın Xarici Ərazilər Naziri olub. 20 may 2022-ci ildən Fransanın müdafiə naziridir.

Fransa yol ayrıcında...

Bir çox siyasətçilər hətta yaranan durum qarşısında prezident Makronun istefasını da qaçılmaz sayır. Yeni baş nazir təyin edilsə də, yaranan situasiya çıxılmaz görünür - siyasətçilər hazırkı mənzərəni IV Respublikanın son günləri ilə müqayisə edirlər. Məhz 1958-ci ildə Şarl De Qoll Dördüncü Respublika üçün xarakterik olan baş nazirlərin tez-tez dəyişməsinin qarşısını almaq üçün prezidentin səlahiyyətlərini əhəmiyyətli dərəcədə gücləndirən konstitusiya islahatına başlamışdı. İndi isə iki il ərzində Fransa dördüncü dəfə hökumətsiz qalır. Bildirilir ki, birinci hakimiyyəti dövründə Makron partiyasının rəhbərlik etdiyi “mərkəzçi” koalisiyanın sayəsində parlamentdə sol və sağ arasında məharətlə manevr edə bilirdi. Hazırda Makron parlamenti buraxsa, onun koalisiyası daha çox yer itirəcək - rəy sorğularına görə, Marin Le Penin partiyası və onu dəstəkləyənlər 31,5 faiz, birləşmiş sol qüvvələr 23,5 faiz, prezident koalisiyası isə 14 faiz səs ala bilər. Hər iki variant isə Makronun sonu deməkdir. Makron üçün ən uğurlu yol isə sosialistlər ilə birgə kompromis hökumətinə getmək sayılır.

Ən mühüm amillərdən biri isə böhranın yayılma arealının mümkünlüyüdür. Belə ki, böhran Avropada əks-səda doğurur - Fransadakı siyasi parçalanma Brüssel və Berlin üçün də narahatlıq yaradır. Bu, Avropa müdafiəsindən, büdcə sabitliyindən, strateji müstəqillikdən danışan qitəçi modeli poza bilər...

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Sentyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri