Vadim Kuramşın: Hakimlikdən narazı qaldım İdman və Biz
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
"Oyunun əvvəlində komanda kimi təsir bağışlamadıq. Basketbolçularımız fərdi oyuna üstünlük verdi. Buna baxmayaraq, 19 xal fərqilə geridə olsaq da, vəziyyəti düzəldə bildik".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan Basketbol Liqasının 11-ci turunda "Ordu"ya 82:89 hesablı məğlubiyyəti şərh edib: "Müdafiə taktikamızı dəyişdik, komanda oyunu oynamağa başladıq. Təəssüf ki, hesabı bərarləşdirmək üçün son atışlarımız alınmadı. Bu günkü hakimlikdən narazı qaldım. Onların zəif idarəçiliyi nəticəyə təsir göstərdi. Biz cəmi 4 legionerlə yaxşı oynayırıq. Nəzərə alaq ki, yeni heyətin anlaşma səviyyəsi o qədər də yüksək deyil. Bu problemlərlə normal oynayırıqsa, hakimlər belə səhvlər edəndə təbii ki, özümüzə gələ bilməyəcəyik".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 18 Yanvar 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















