Icma.az
close
up
RU
Vahabzadə fenomeninin sənət və şəxsiyyət bütövlüyü

Vahabzadə fenomeninin sənət və şəxsiyyət bütövlüyü

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi verdim. Bunlar hamısı onun xatirələridir. Belə bir insan o vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayət yox idi. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında yazılar, şeirlər yazırdı.

“Gülüstan” poemasını yazmışdı. Ondan ötrü o zaman həbs etmək məsələsini qoymuşdular.

Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri

Siz yaradıcılığını Vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda mübarizəyə həsr etmiş, milli şüurun yetişməsində mühüm rol oynamış və gənc nəslin milli-mənəvi dəyərlər sistemində tərbiyə olunması işinə böyük xidmətlər göstərmiş söz ustadlarımızdansınız.

Poeziya sənətimizin ənənələrini zamanın sınaqlarından çıxaran və yaşadan bir şair kimi adınız ölkəmizdə daim ehtiramla çəkilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bəxtiyar Vahabzadə sözün əsl mənasında şairdir. Onun poetik fırçasının çəkdiyi lövhələr rəngarəng və maraqlıdır. Dili şirəli və koloritlidir. Vahabzadənin poeziyası düşüncələr poeziyasıdır. Bu düşüncələr bəzən həyatın üst qatlarına toxunsa da, şeirlərinin bir qismində ayrı-ayrı motivlər – məsələn, yaxınlaşmaqda olan qocalığın kədərli mücadiləsi olan ağaran saçlar motivi təkrar olunsa da, ümumiyyətlə, Vahabzadənin poeziyası müasir Azərbaycan ədəbiyyatının maraqlı hadisələrindəndir.

Rəsul RZA

Bəxtiyar Vahabzadə fitri şairlik istedadı sayəsində hələ gənc yaşlarından oxucuların sevməyə başladığı, həmişə diqqətlə izlədiyi və böyük ümid bəslədiyi xoşbəxt sənətkarlardandır...

...Bəxtiyar Vahabzadənin qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur.

Mehdi HÜSEYN

Bəxtiyar poeziyası döyüşdür – o, ictimai haqsızlıqla, biganələrlə, şöhrətpərəstlərlə, ikiüzlülərlə, qorxaq və əxlaqı natəmizlərlə döyüşür. Bəxtiyarın zəkalı, tutarlı, qaynar, xoşsözlü şeiri gözümüzün qarşısında doğma lüvhələr yaradır; başı qarlı Kəpəz, Şahdağı, Savalan, Kürün, Arazın uğultulu qırovları, Muğanın, Şirvanın il boyu yaşıl donlu,ucsuz-bucaqsız vadiləri vəsf olunur; onun şeirində coşğun Xəzər, mavi, zümrüd səma, mehriban cənub günəşimiz canlanır.

NİYAZİ

Yalnız millətinin adından danışan şair milli şair olur. Bəxtiyar Vaһabzadə məһz belə şairdir.

Yaşar QARAYEV

Sovet senzura sisteminin dar çərçivələriində də Bəxtiyar Vahabzadə öz sözünü deyə bilmiş, hələ o illər Şəki qəzetində çap etdirdiyi “Gülüstan” poemasında xalqımızın tarixi faciəsi haqqında, bölünməsi, ikiyə ayrılması, parçalanması və əsarətə düşməsi haqqında təsirli, yanıqlı bir dillə söz açmışdı. Azad, müstəqil Azərbaycan uğrunda mübarizənin çətin yollarında Bəxtiyar müəllimi həmişə ön sıralarda görmüşük. Hər bir böyük şairimiz kimi, Bəxtiyar Vahabzadənin də bəzən başa düşülmədiyi, niyyətinin, sözünün tərs yozulduğu məqamlar olub. Amma bütün böyük sənətkarlar kimi o, səbir, dözüm sınağından da ləyaqətlə keçə bilib.

ANAR

...Bəxtiyar Vahabzadə bütün ölkədə tanınan və sevilən şairdir. Onun poeziyasında şərqə məxsus bütün gözəl keyfiyyətlər əksini tapıb...

Oljas SÜLEYMENOV

B.Vaһabzadə yaşlı nəslin һafizəsində özünə möһkəm yer tutan cavidlərin, cavadların, müşfiqlərin, ildırımların dediklərini yeni mərһələdə yeni nəslə deməyə çalışır, tapıntılarını poetik təzadlar üstə quraraq sətiraltı mənalara "enir" və bu yaradıcılıq axtarışları onu başqa müəlliflərdən fərqləndirirdi.

Nəriman HƏSƏNZADƏ

Bəxtiyar Vaһabzadənin yaradıcılığı insanın mənəvi və ictimai bütövlüyünə mane olan һər cür çəpərlərə qarşı üsyan poeziyasıdır.

Sabir RÜSTƏMXANLI

Şair hər şeirində təbiidir, çünki o, səmimidir, ürəyiaçıqdır, ədabaz deyil, sünilikdən uzaqdır. Onun poeziyasında ağır və eyni zamanda çəkisiz, şəffaf və əsrarəngiz poetik iksir var.

Pavlo MOVÇAN (Ukrayna

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Avqust 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri