Icma.az
close
up
RU
Vahid geyim bahalı brendlərin rəqabət predmetinə çevrilməsini məhdudlaşdırır Bahar Muradova

Vahid geyim bahalı brendlərin rəqabət predmetinə çevrilməsini məhdudlaşdırır Bahar Muradova

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hüquqi və demokratik cəmiyyətlərdə fərdi azadlıqlar bir qayda olaraq ümumi qaydaların inkarı üzərində deyil, ictimai maraqlara və qanuni tələblərə hörmət çərçivəsində həyata keçirilməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu parlamentin  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. 

O bildirib ki, bu hüquq hər bir ictimai məkanda bütün şəxsi seçimlərin mütləq və heç bir ümumi qayda ilə məhdudlaşdırılmadan reallaşdırılması demək deyil.

"Bu tələblər qanuni, aydın və legitim məqsədə mütənasib olduqda, onların mövcudluğu öz-özlüyündə azadlığın inkarı sayıla bilməz.

Məktəb məhz bu baxımdan xüsusi sosial mühitdir: onun əsas məqsədi uşaqların təhsil alması, şəxsiyyət kimi formalaşması, bərabər imkanlara sahib olması və ortaq davranış mədəniyyəti qazanmasıdır.

Məktəbə daxil olan hər bir şagird də təhsil prosesinin ümumi tələblərinə əməl etməlidir.

Digər tərəfdən vahid məktəbli formasının tətbiqi prosesini insanın namusu, ləyaqəti və ya mənəvi keyfiyyətləri ilə əlaqələndirilməsi, o cümlədən təhsilalanların fərdi mənəvi dəyərinin müəyyənləşdirməsi baxımından deyil, təhsil mühitində hamı üçün ümumi qayda yaratmaq naminə tətbiq edildiyini gözardı etmək olmaz.

Əksinə, vahid formanın tətbiqinin şagirdlərin geyimlərinin onların ailələrinin maddi imkanlarının, sosial statuslarının və dəb seçimlərinin nümayişinə çevrilməsinin qarşısını almağa, diqqəti xarici görünüşdən təhsilə yönəltməyə xidmət edən ən optimal vasitələrdən biri kimi qəbul etmək lazımdır.

Vahid geyim qaydasının bərabərliyə xidmət etməsinin bütün sosial fərqləri avtomatik aradan qaldırdığını iddia etmək düzgün olmasa belə, onun bahalı brendlər, dəb və fərqli geyim imkanlarının təhsil mühitində rəqabət predmetinə çevrilməsini məhdudlaşdırdığını və şagirdlər arasında sosial müqayisəni azaltmaq üçün real imkan yaratığını da xüsusi vurğulamaq lazımdır.

Həmçinin bu zaman söhbət kiminsə şəxsi seçiminin mənəvi cəhətdən üstün elan edilməsindən deyil, eyni təhsil mühitində hamıya eyni qaydanın tətbiqindən gedir.

Bu, isə gəlin razılaşaq ki,məktəbin tərbiyəvi missiyası baxımından xüsusilə əhəmiyyətlidir.

Mövzunun dünyəvilik tərəfinə gəldikdə isə, o birmənalı olaraq dövlətin və təhsil sisteminin bütün şagirdlərə dini mənsubiyyətindən asılı olmayaraq bərabər yanaşmasını, tədrisin ümumi təhsil məqsədlərinə əsaslanmasını nəzərdə tutur. Vahid məktəbli formasının tətbiqi də məhz bu ümumi qaydanın tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Uşaqların geyimi haqqında dövlət siyasətini qadınların mənəvi dəyəri, əxlaq və insan ləyaqəti haqqında zərərli mübahisəyə çevirmək cəhdləri isə mövzunun mahiyyətini tamamilə dəyişir.

Odur ki,vahid məktəbli formasının müəyyənləşdirilməsi və tətbiqi təhsilin təşkili ilə bağlı hüquqi və ictimai məsələ olduğu üçün onu yalnız uşaqların bərabərliyi, təhsil mühitinin xüsusiyyətləri, valideynlərin öhdəlikləri və dövlətin qanuni tənzimləmə səlahiyyətləri baxımından qiymətləndirmək lazımdır", - deyə B.Muradova qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Oktyabr 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri