Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Vahid geyim həm rahatlıq, həm keyfiyyətdir Bölgələrdən RƏYLƏR

Vahid geyim həm rahatlıq, həm keyfiyyətdir Bölgələrdən RƏYLƏR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Milli Məclisdə müzakirə olunan yeni qanun layihəsinə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər üçün vahid işgüzar geyim tələblərinin hüquqi əsası yaradılır. Sənəddə qeyd olunur ki, müəllimlərin peşəkar görünüşü sinfi idarəetmə bacarıqlarına müsbət təsir göstərəcək və şagirdlərin diqqətinin yayınmasının qarşısını alacaq. Lakin cəmiyyətdə bu rəsmi çərçivənin pedaqoqların fərdi rahatlığına təsir edə biləcəyi ilə bağlı fərqli fikirlər də var.

Modern.az olaraq məsələnin praktiki tərəfini öyrənmək üçün bölgələrdə çalışan müəllim və məktəb rəhbərlərinin rəylərini öyrəndik. Pedaqoqların fikirlərində həm bu təşəbbüsü tam dəstəkləyən, həm də geyim normalarının müəyyən edilməsində diqqət yetirilməli olan vacib məqamları vurğulayan maraqlı yanaşmalar ortaya çıxıb.

Neftçala rayonu, Aşağı Surra kənd tam orta məktəbinin rus dili müəllimi Gülər Orucovanın fikrincə, müəllim üçün vahid geyim nəinki tədrisin keyfiyyətinə, hətta təlim-tərbiyənin və nizam-intizamın yüksəlişinə mühüm təsir göstərər: "Bəzən müəllimlərin geyimi əndazəni aşır. Dar şalvarda, açıq geyimlərlə şagird qarşısında dayanan müəllimin dərsinin keyfiyyətindən danışmağa dəyməz. "Saatlarla ayaqda qalırıq, rahat geyinmək istəyirik" fikri isə sadəcə bəhanədir. Çünki çoxları geyimini və zinət əşyalarını göstərməyə can atır. Şəxsən mənim üçün vahid geyim həm rahatlıq, həm də keyfiyyətdir. Bu, şagirdlərin müəllimlərə olan hörmətini daha da artırar".

Füzuli rayonu, Qarabağ kənd tam orta məktəbinin direktoru Əlihüseyn Yaqubov da vahid geyim forması ilə razılaşır: "Bir məktəb direktoru olaraq zaman-zaman bunun əziyyətini çəkmişik. Geyimin müəyyən standartlardan kənar olması, rəng çalarlarının nəzərə alınmaması sinifdəki ümumi mühitə mənfi təsir edir. Xüsusilə qadın müəllimlərin geyimlərində çərçivələrin aşılması müəyyən yaş dövründə olan yuxarı sinif şagirdləri, əsasən də oğlan uşaqları arasında xoşagəlməz situasiyalara yol açır. Keçmişdə belə bir problemlə mən də rastlaşmışam və biz onu çətinliklə həll etmişdik".

Onun fikrincə, bu qanun təkcə mühitə yox, tədrisin keyfiyyətinə də müsbət təsir edəcək. Çünki bəzi müəllimlər arasında geyimlə bağlı öyünmə halları meydana gəlir. Maddi imkanı nisbətən yüksək olan şəxslərin özünü daha üstün göstərməsi mənfi psixoloji mühit yaradır. Vahid geyim bu problemi kökündən həll edəcək.

Qobustan rayonu, Cəyirli kənd ümumi orta məktəbin ingilis dili müəllimi Aynur Axundova da müəllimlərin işgüzar üsluba riayət etməsinin məktəbdə peşəkarlığı və qarşılıqlı hörməti gücləndirəcəyinə inanır. Lakin o, bu məsələdə "vahid forma" ilə "işgüzar geyim standartı" anlayışlarının bir-birindən fərqləndirilməli olduğunu bildirir: "Müəllimlərin hər gün eyni və ya çox məhdud seçimli geyimlərdən istifadə etməsi monotonluq yarada bilər. Şagirdlərin estetik zövqü həm də məktəbdə formalaşır. Buna görə müəllimlər rəsmi işgüzar üslub çərçivəsində fərdi zövqlərini qorumaq imkanına malik olmalıdırlar. 20 illik pedaqoji fəaliyyətimdə görmüşəm ki, keçmiş şagirdlərimin ən çox xatırladığı məqamlardan biri məhz müəllimin geyim mədəniyyəti, səs tonu və davranışı olur. Lakin mən qadın müəllimlər üçün yalnız qısa ətək və ya sırf ağ-qara köynək kimi sərt qaydaların qəbul edilməsini doğru saymıram. Xüsusilə ibtidai siniflərdə hərəkətlilik çox olduğu üçün ciddi və rahat kostyumlar daha məsləhətdir. Həmçinin bu normaların sırf qadınlara yönəlik olması gender bərabərliyini pozur; kişi müəllimlər də cins və ya qeyri-rəsmi geyimlərdən uzaq durmalı, öz peşələrinə hörmət edərək nizamlı geyinməlidirlər. Əsas məqsəd müəllimi eyni qəlibə salmaq deyil, onun imicini qorumaq olmalıdır".

İsmayıllı rayonu, Qalınçaq kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xəzri Muradov polis, hərbçi, prokurorluq və məhkəmə əməkdaşları kimi peşələri fərqləndirən rəsmi geyim standartlarını nümunə gətirib: "Müəllimlik də dövlətin və cəmiyyətin ən mühüm peşələrindən biridir və onu simvolik olaraq fərqləndirən vahid üslubun olması tamamilə normaldır. Hazırda hələ konkret bir forma nümunəsi təqdim olunmayıb. Ona görə də görmədən onun rahat və ya narahat olması barədə qəti fikir söyləmək tezdir. Əsas məsələ odur ki, forma hazırlanarkən müəllimlərin rəyi, iqlim şəraiti, yaş fərqləri və gündəlik fəaliyyət xüsusiyyətləri hesaba qatışsın. Beynəlxalq təcrübəyə baxsaq, Böyük Britaniyada və ABŞ-da məcburi forma olmasa da, çox ciddi professional geyim standartları var. Yaponiyada isə müəllimin xarici görünüşü onun peşə nüfuzunun ayrılmaz hissəsidir. Azərbaycanda da bu sistem tətbiq olunacaqsa, məqsəd müəllimə əlavə yük yaratmaq deyil, peşənin nüfuzunu artırmaq olmalıdır".

Salyan rayonu, Kürqaraqaşlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Məlahət Kərimova isə vahid geyimin müsbət təsirlərindən biri kimi şagirdin yalnız dərsə fokuslanmasını, marağının başqa istiqamətə deyil, birbaşa fənnə yönəlməsini göstərib. O bildirib ki, bəzi uşaqlar dərslərdə müəllimin geyimini müzakirə edirlər: "Hətta elə müəllimlər var ki, təhsillə, məktəblə əlaqəsi olmayan geyimlər nümayiş etdirirlər. Vahid geyimlə razılaşmayan müəllim belə, ən azı təhsil platformasına uyğun tərz seçməli və səliqəli görünməlidir. Lakin unutmaq olmaz ki, müəllimin geyimi hələ bütün problemləri həll etmir. Müasir şagirdlər internet resurslarından yaşlarına uyğun olmayan informasiyalarla böyüdükləri üçün onlarda elmlə bağlı yeni məlumat əldə etmək marağı azalır. Əsas diqqət yetirilməli olan vacib məsələlərdən biri məhz budur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri