Vahid məktəbli formasının üstünlükləri nələrdir? ŞƏRH
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Vlll Qurultayında çıxışında ideoloji təhlükəsizlik məsələlərindən danışdı.
Ölkə başçısı bildirdi ki, hazırda Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir: "Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasi kursun sayəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də qarşıdan gələn uzun dövr üçün dayanıqlı inkişafın ardıcıllığına etibarlı zəmin yaratdı".
Bu da faktdır ki, bizim uğurlarımızı həzm edə bilməyən müəyyən qara qüvvələr də var. Onlar hər vəchlə ölkəmizdə sabitliyin pozulması istiqamətində müqəddəs tendensiyaları alətə çevirərək öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Bu istiqamətdə hətta vahid məktəbli forması ilə bağlı dövlətimizin atdığı addımlara barmaq uzatmağa çalışırlar. Bu, yolverilməzdir. Çünki Azərbaycan müstəqil siyasət yürüdən ölkədir.
Son günlər bəzi qaranlıq dairələr bu istiqamətdə yenidən müəyyən"fəallığı" ilə seçilir. Amma istəklərinə nail ola bilməyəcəklər.
Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nə yeni tələblər əlavə edilib. Bu tələblərə görə, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Eyni zamanda milli dəyərlərə hörmət də qorunur.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Qərar valideynlərə də aydın vəzifə qoyur: valideynlər və ya digər qanuni nümayəndələr övladları tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.
Məktəblərdə geyim tələbləri ilə bağlı vahid yanaşma beynəlxalq təcrübədə geniş istifadə olunur. Qazaxıstanda məcburi məktəb forması üçün tələblər 2016-cı il fevralın 16-da Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Qırğızıstanda məktəbli formasına dair vahid tələblər 2015-ci il sentyabrın 1-dən tətbiq edilir. Türkmənistanda dövlət ümumtəhsil müəssisələrinin fəaliyyəti haqqında əsasnamə 2019-cu il martın 1-də təsdiqlənib, Özbəkistanda isə şagirdlərin müasir məktəbli forması ilə təmin edilməsinə dair qərar 2018-ci il avqustun 15-də qəbul edilib.
İlk növbədə onu vurğulamaq lazımdır ki, vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Fərqli ailələrdən gələn uşaqlar eyni sinifdə oturur. Onların bəzisinin ailəsi bahalı geyim ala bilir, bəzisinin isə imkanı məhduddur. Forma olmayan mühitdə bu fərqlər geyim vasitəsilə gündəlik olaraq nümayiş etdirilir, uşaqlar arasında müqayisə, qısqanclıq və hətta ələ salınma halları yaranır.
Digər tərəfdən, vahid forma bu problemi kökündən həll edir. Məktəb uşaqların sosial statusundan, ailənin dini baxışlarından və maddi imkanlarından asılı olmayaraq özlərini bərabər hiss etdikləri məkandır. Bu baxımdan vahid məktəbli forması sosial bərabərlik funksiyası daşıyır. Tezislərdə vurğulandığı kimi, bu, yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir.
Eyni zamanda, vahid forma həm də geyimin qiymətinə, dəbə uyğunluğuna və dəyişmə tezliyinə olan izafi marağı azaldır. Şagird diqqətini zahiri görünüşə deyil, bilik əldə etməyə, idmana və yaradıcılığa yönəldir. Sinifdə rəqabət geyim üzərindən deyil, nailiyyətlər üzərindən qurulur.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 13 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















