Icma.az
close
up
RU
Valdas Dambrauskas: Fasilənin olmasını istəməzdim

Valdas Dambrauskas: Fasilənin olmasını istəməzdim

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sabah" Misli Premyer Liqasının 25-ci turunda doğma meydanda "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandamı təbrik edirəm. Bilirdik ki, oyun heç də asan olmayacaq. Ola bilər ki, futbolçuların düşüncəsi milli fasilədə olsun. Oyunçularımın davranışından, oyuna köklənməsindən razı qaldım. Birinci hissədə 1:0 öndə olanda çoxlu qol fürsətlərindən yararlana bilmədik. İkinci yarıya sürətli başladıq və qol vurduq. Bunun üstünlüyündən istifadə etməyə başlayıq. Hesab 3:0 olanda nəzarəti bir az itirdik və son dəqiqədə lazımsız qol buraxdıq. Amma geniş baxsaq, deyə bilərəm ki, bugünkü oyundan razı qaldım. Futbolçular 4 günlük fasilədə ailələri ilə istirahəti düşünməlidir. Qayıdandan sonra gümrah olmalı və çempionatın önəmli, son hissəsinə hazırlaşmalıyıq.

- Futbolçulara fasilə zamanı fiziki hazırlıqlarının düşməməsi üçün hansı tapşırıqlar veriləcək?

- Onlara xüsusi təlimat verməyəcəm. 3-4 günlük futbolu unutmaqlarını istəyirəm. Ailələrinə köklənsinlər, istirahət etsinlər. Komanda hazırda çox yaxşı formadadır. İnanıram ki, istirahətdən hazır şəkildə dönəcəklər.

- Bəs özünüz bu müddətdə futbolu unuda biləcəksiz?

- Litvada olacağam, orada dincələcəyəm. Futbolu bir az düşünməyəcəyəm. Amma qayıdandan sonra düşünməyə başlayacağıq. Açığı, fasilənin olmasını istəməzdim. Çünki ritmdən uzaqlaşmaq olur. Bəzən oyunçuları itirə bilirik. Qayıdandan sonra düşünürəm ki, “Qarabağ”la oyuna hazırlaşa biləcəyik.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://sportal.az
archiveBu xəbər 20 Mart 2026 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri