Icma.az
close
up
RU
Valdas Dambrauskas: İmişli nin haqqını vermək lazımdır”

Valdas Dambrauskas: İmişli nin haqqını vermək lazımdır”

Icma.az, Apasport saytına istinadən bildirir.

Misli Premyer Liqasının XIII turunun "İmişli" - "Sabah" matçından (0:3) sonra qonaqların baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Komandama təşəkkür edirəm. Bu qələbə onların haqqı idi. Öncədən bilirdik ki, çətin oyun olacaq. Çətinlik meydançanın vəziyyəti ilə bağlı idi. Premyer Liqada çıxış edən komandalar daha yaxşı stadionlara layiqdir. Bunu bəhanə kimi qəbul etməyin. Texniki cəhətdən yaxşı olan komanda üçün burada topa nəzarət etmək həqiqətən də çətindir. Birinci hissədə meydançaya adaptasiya olmaq çətin idi. Matçın əvvəlində yaxşı fürsətimiz oldu. Texniki səhvlər edirdik. Qol buraxdıq. Amma bu qol ofsayda görə ləğv olundu. İkinci hissə bizim üçün yaxşı keçdi. Taktiki detallar barədə danışmaq istəmirəm. Çünki 3 gün sonra kubokda eyni komanda ilə qarşılaşacağıq. Üçüncü qolu daha erkən vurub oyunun taleyini həll edə bilərdik. Bunun üçün çoxlu qol fürsətimiz oldu. "İmişli"nin də haqqını vermək lazımdır. Onların özünəməxsus oyun planı var. Standart vəziyyətlərdə təhlükəli olurlar. İkinci hissədə səhv etməməyə çalışdıq. Buna da nail olduq. Hesab 3:0 olsa da, oyun bizim üçün asan alınmadı".

- Oyun baxımından "Sabah" yaxşı çıxış etsə də, lazımsız xal itkiləri olur. Bu qeyri-stabilliyin səbəbi nədir? 
- Sizinlə razı deyiləm. Həmişə mənə sual verirlər ki, niyə stabil çıxış etmirsiz. Bugünkü oyunumuzu mükəmməl hesab etməzdim. Bütün oyunlarda qalib gəlmək mümkün deyil. Son 12 matçda 1 dəfə məğlub olmuşuq. Kifayət qədər keyfiyyətli rəqiblərə qarşı mübarizə aparmışıq. 3-cü yerdəyiksə, bu, bizim əməyimizin nəticəsidir. Çox inkişaf etməliyik. Heç nə söz verə bilmərəm. Klub üçün əlimizdən gələni edəcəyik. Məşqlərdə tərləsək, bu, turnir cədvəlində öz əksini tapacaq.

- Milli komandada çıxış edən futbolçular "Sabah"da az şans qazanır. Bunun səbəbi nədir? 
- Hər məşqçinin öz baxışı var. Rəhman, Abdullah, Xəyal çox yaxşı şəxsiyyətə malik futbolçulardır. Onlar çalışmalıdırlar ki, "Sabah" və milli komanda üçün daha çox şey versinlər.

- "İmişli" kubokda rəqibinizdir. Ola bilər ki, onlar kubok matçı üçün bugünkü oyunu qurban verdilər? 
- "İmişli"nin nə düşündüyü bizim üçün önəmli deyil. Biz daha çox öz oyunumuza köklənirik. 4 gün sonrakı oyun daha ağır olacaq. Çünki hesab 0:0 olsa, rəqib üçün yaxşı olacaq. Onlar oyunun əlavə vaxta getməsini istəyəcəklər. Bakıya qayıtdıqdan sonra 3 məşq keçəcəyik. Çalışacağıq ki, komandanı oyuna ən yaxşı şəkildə hazırlayaq.

- Sizin üçün kubok, yoxsa çempionat prioritetdir? 
- Bizim üçün prioritet sadəcə qarşıdan gələn oyundan qələbə ilə ayrılmaqdır.

Füzuli Məmmədov yenidən Premyer Liqada - RAZILAŞMA ƏLDƏ OLUNUB Sənan Qurbanov: “Ad “Neftçi”dirsə, prioritet üç xaldır” Rəşad Sadıqov: "Çempionatın əvvəlindən narahatlıq var idi" Azər Bağırov: "Meydançada yaxşı mübarizə getdi" "Zirə" "Kəpəz"i məğlub edib - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://apasport.az
archiveBu xəbər 29 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri