Icma.az
close
up
RU
Valdas Dambrauskas: “Təxirəsalma lazım deyil”

Valdas Dambrauskas: “Təxirəsalma lazım deyil”

Icma.az bildirir, Apasport portalına istinadən.

Misli Premyer Liqasının VII turunda "Neftçi" "Sabah"ı qəbul edib - 0:0.

Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

- Komandanız bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Çox yaxşı sualdır. Bu mərhələdə bunlardan danışmaq tezdir. Bəzən itiridiyin xalları geir qaytara bilərsən. Cəmi 6 oyun keçirmişik, qarşıda 27 oyunumuz var. İki güclü komanda bir-biri ilə qarşılaşdı. Oyun bir az çirkin oldu, gözəl oyun görmək istəyərdik. Bəzən bir rəqib üstünlük əldə edirdi, bəzən digəri. Mənim üçün gözlənilən hadisədir. Fasilədən sonra oyunçular bəzən oyun ritmini itirirdilər. Bəzi futbolçular bu oyuna qədər bizimlə cəmi bir məşq keçirmişdi. Çalışmalıyıq ki, oyun ritmimizi geri qaytaraq və "Slaviya" ilə çətin oyuna hazırlaşaq.

- "Slaviya" ilə matçdan öncə nəyə görə bu oyunun təxirə salınmasını istəmədiniz?
- Əlbəttə ki, bu, ola bilməz. Bu oyunu təxirə salsaq, gərək "Borussiya", "Barselona" ilə matçdan əvvəl də oyunumuzu təxirə salaq. Bu, mümkün deyil, lazım deyil. Heyətimiz kifayət qədər genişdir və mübarizə apara bilərik. Hər oyundan qabaq böyük hazırlıq olur. Çalışmalıyıq ki, daha da artıraq.

- Belə ağır oyundan sonra ÇL matçına hazırlaşmaq çətin olmayacaq?
- Mən bəzən bu cür sualları anlamıram. Çətin olsa da, olmasa da, bu, mənim vəzifəmdir, onu yerinə yetirməli, futbolçuları bu oyunlara hazırlamalıyam. Həyatda hər kəs çətinliklə qarşılaşır. Siz də mətbuat konfransına gəlirsiz, öz yazınızı yazırsız. Amma hər kəs öz işini görməlidir. Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır. 

- Premyer Liqada 12 komanda arasında milli fasilədə yoxlama görüşü keçirməyən komanda "Sabah" oldu. Umarali Raxmonaliyev, Aleksey İsayev və Coy-Lens Mikels start heyətində deyildi. Bunun səbəbi nə idi?
- Mən hər zaman istəyirəm ki, fasilə zamanı bizimlə qalan oyunçulara daha çox şans verim. Çünki milliyə gedənlər yorğun ola bilərlər. Özüm nəzarət etdiyim şeylərə daha çox güvənməyə çalışıram. Sol cinah müdafiəçimiz Timateuş Puxaç xaric start heyətində olan hər kəs fasilədə bizimlə məşq etmişdi. Xaybullayev isə 3 məşqdə iştirak etmişdi. Onlara bu gün fürsət verdik. 

- Ötən mövsüm də "Neftçi" ilə buradakı matç 0:0 hesabı ilə başa çatmışdı, avrokuboklarla daha erkən vidalaşmışdınız. Bu mövsüm isə avrokuboklarda da oynayırsız. İşiniz daha da ağırlaşıb?
- Əlbəttə ki, bu, bizim üçün böyük xəyal idi. Çətin və ya asan olduğunu desəm, nəyisə dəyişməyəcək. Keçən mövsüm avrokubokları erkən bitirmişdik. Ötən mövsüm çempionatın ilk turlarında 5 xal itirmişdik. Bu mövsüm isə 6 turdan sonra cəmi 2 xal itirmişik. Şikayət edə bilmərik.

- 1 xal qazandığınıza görə, demək olar ki, oyunun qəhrəmanı Stas Pokatilovdur?
- Oyunların qəhrəmanları barədə siz özünüz qərar verirsiz.

"Kəpəz"dən inamlı qələbə - YENİLƏNİB Millimiz UEFA turnirində iştirak edəcək Azərbaycan Kuboku: 3700-cü qol Azərbaycan Kubokunda 29 illik rekord təkrarlandı Azərbaycan Kubokunda tarixi rekord – 23 ildən sonra ilk
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 Oktyabr 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri