Icma.az
close
up
RU
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi,  "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyi tərəfindən icra edilən "Sənət və duyğu harmoniyasının təbliği" adlı sosial yönümlü layihə uğurla davam edir. Layihənin əsas istiqaməti valideyn himayəsindən məhrum olan uşaqların psixoloji reabilitasiyası və onların yaradıcı potensialının inkişaf etdirilməsidir. Bu məqsədlə Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində art-terapiya əsaslı rəsm kursları təşkil olunub. Layihə "Duyğulara sənətlə toxunuş" şüarı ilə həyata keçirilir. Bu şüar layihənin əsas fəlsəfəsini özündə ehtiva edir. İncəsənətin şəfalı və güclü təsiri vasitəsilə uşaqların daxili aləminə, hiss və duyğularına müsbət yöndə təsir göstərmək, onların psixoloji travmalarını azaltmaq və emosional tarazlığı bərpa etmək.

Layihəyə rəhbərlik edən Lamiyə İsazadə "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri olaraq uzun illərdir valideyn himayəsindən məhrum uşaqlarla bağlı mühüm sosial təşəbbüslərin müəllifidir. Onun rəhbərliyi ilə bir sıra sosial layihələr uğurla icra olunmuş, minlərlə uşağın sosial müdafiəsi və psixoloji dəstəklə əhatə olunması təmin edilmişdir.

Layihənin psixoloji dəstək hissəsi "Serotonin" Neyro psixoloji Mərkəzinin əməkdaşı, təcrübəli və peşəkar psixoloq Alsu Süleymanova tərəfindən icra olunur. Psixoloq Alsu Süleymanova hər bir uşağın fərdi ehtiyaclarını nəzərə alaraq onların davranış modellərini təhlil edir, rəsmlər üzərindən emosional vəziyyətlərini qiymətləndirir və məqsədyönlü psixoloji müdaxilə üsullarını tətbiq edir.

Təsviri incəsənət üzrə dərslərə isə Gəncə Dövlət Universitetinin rəsm müəllimi, peşəkar müəllim Nəzrin Ağayeva rəhbərlik edir. Onun pedaqoji və yaradıcılıq təcrübəsi uşaqlarla aparılan dərslərdə müsbət nəticələr verməkdədir. Rəsm dərslərində uşaqlara həm texniki bacarıqlar aşılanır, həm də özlərini ifadə etmək üçün azad yaradıcılıq mühiti yaradılır.

Layihə çərçivəsində təşkil olunan yeddinci dərs "təsviri sənətlə uşaqların psixoloji vəziyyətinin təyini" mövzusuna həsr olunmuşdur. Bu dərsin əsas məqsədi uşaqların sərbəst şəkildə çəkdiyi rəsmlər vasitəsilə onların daxili aləmini, emosional vəziyyətini, qorxularını və duyğularını müəyyən etməkdən ibarət olmuşdur. Təcrübələr göstərir ki, təsviri sənət, xüsusən də rəsm, uşaqlar üçün bir növ qeyri-verbal ünsiyyət vasitəsidir. Bu yolla uşaqlar bəzən sözlə ifadə edə bilmədikləri hisslərini kağıza köçürə bilirlər. Onların çəkdiyi obrazlar, seçdiyi rənglər, kompozisiya quruluşu və digər vizual elementlər psixoloji diaqnostika üçün çox dəyərli məlumatlar təqdim edir. Mütəxəssislərin fikrincə, rəsm çəkmək uşaqların həm sağ, həm də sol beyin yarımkürələrinin koordinasiyalı işləməsinə kömək edir. Bu isə onların diqqət, yaddaş, yaradıcılıq, emosional tarazlıq və özünəinam kimi vacib psixoloji göstəricilərinin formalaşmasına və inkişafına müsbət təsir göstərir.

Yeddinci dərs nəticəsində əldə edilən vizual materiallar və psixoloji müşahidələr əsasında hər bir uşaq üçün fərdi yanaşma müəyyən edildi. Növbəti mərhələdə uşaqlarla fərdi psixoloji məşğələlər, qrup terapiyası və bədii fəaliyyətlər daha məqsədyönlü şəkildə davam etdiriləcək. Məqsəd, hər bir uşağın emosional yükünü azaltmaq, psixoloji sabitliyini möhkəmləndirmək və gələcək həyatına sağlam psixoloji baza ilə addımlamasını təmin etməkdir. Bu layihə bir daha sübut edir ki, dövlət və QHT sektorunun əməkdaşlığı çərçivəsində həyata keçirilən sosial təşəbbüslər, cəmiyyətin ən həssas təbəqələrinə, o cümlədən valideyn himayəsindən məhrum uşaqlara  real dəstək göstərmək gücünə malikdir. "Sənət və duyğu harmoniyasının təbliği" layihəsi bu baxımdan həm pedaqoji, həm psixoloji, həm də mənəvi baxımdan mühüm ictimai əhəmiyyət daşıyır.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyul 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri