Icma.az
close
up
RU
Valideynlər çaş baş qalıb:Məktəbli formaları dəyişib?

Valideynlər çaş baş qalıb:Məktəbli formaları dəyişib?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə, xüsusilə valideyn qruplarında məktəbli formalarının dəyişdiriləcəyi ilə bağlı məlumatların yayılması narahatlıq yaradıb.

Bir çox valideyn yeni tədris ili üçün artıq məktəbli forması alıb. Bu səbəbdən yayılan iddialar valideynlər arasında həm çaşqınlıq, həm də əlavə xərc yaranacağı ilə bağlı narahatlığa səbəb olub.

Bəs məktəbli formalarının dəyişdiriləcəyi ilə bağlı yayılan iddialar nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, məktəbli formalarının dəyişdirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır:

“Hazırda məktəbli formalarında hər hansı dəyişiklik nəzərdə tutulmur. Bunun üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Belə bir qərar qəbul edilməyib. Mağazalarda da məktəbli formalarının satışı davam etdirilir.

Dərs ilinin başlamasına az qaldığı üçün valideynlərin məktəbli formalarına tələbatı artıb və satışlar daha da intensivləşib. Bu baxımdan, formaların dəyişdirilməsi ilə bağlı yayılan məlumatlar valideynlər arasında yalnız çaşqınlıq yaradır. Ola bilər ki, bəzi işbazlar bu cür iddialardan öz maraqları üçün istifadə etsinlər”.

Həmsöhbətimiz bildirib ki, xaricdən kilo ilə gətirilən müxtəlif geyimlərin satışı ilə məşğul olan şəxslər belə məlumatları yayaraq valideynlərdə yeni forma tətbiq ediləcəyi ilə bağlı fikir formalaşdırmağa və əllərində olan məhsulları məktəbli forması adı ilə satışa çıxarmağa çalışa bilərlər.

O qeyd edib ki, buna görə də valideynlər sosial şəbəkələrdə və müxtəlif satış səhifələrində yayılan məlumatlara əsaslanaraq tələsik alış-veriş etməməlidirlər:

“Valideynlər məktəbli forması ilə bağlı hər hansı dəyişiklik olub-olmadığını yalnız aidiyyəti qurumların rəsmi açıqlamalarından dəqiqləşdirməlidirlər. Rəsmi qərar və açıqlama olmadığı halda yayılan şifahi məlumatlara və kommersiya məqsədli paylaşımlara inanmaq düzgün deyil”.

Gülər Həsənli

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Avqust 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri