Icma.az
close
up
RU
Valideynlər diqqətli olun: Bu oyuncaqlar uşaq davranışlarını dəyişdirir

Valideynlər diqqətli olun: Bu oyuncaqlar uşaq davranışlarını dəyişdirir

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər uşaqlar arasında real silaha bənzəyən oyuncaq silahların istifadəsi artmaqdadır. Oyuncaqların dizaynında reallığa yaxın elementlərin üstünlük təşkil etməsi isə bu məsələni təkcə əyləncə vasitəsi yox, həm də psixoloji və sosial baxımdan müzakirə mövzusuna çevirir. Xüsusilə bu cür oyuncaq silahların uşaqların psixi inkişafına, davranış modellərinə və gələcək dünyagörüşlərinə təsiri cəmiyyətin diqqətini çəkməyə başlayıb.

Yenisabah.az mövzunun psixoloji tərəflərini aydınlaşdırmaq və real görünüşlü oyuncaq silahların uşaqlara, xüsusilə yeniyetmələrə təsirini anlamaq üçün psixoloq Nərmin Ağayeva ilə əlaqə saxlayıb. O bildirib ki, real silaha bənzər oyuncaqların yayılması zorakı davranış halların atmasına səbəb olur :

“Son dövrlərdə bazarda real silaha bənzər oyuncaqların yayılması uşaqlarda həm psixoloji, həm də sosial problemlərin artmasına səbəb olur. Həmin uşaqlarda aqressiv davranışlar artır, empatiya qabiliyyəti azalır, reallıq və fantaziya qabiliyyəti biri-birinə qarışır, qorxu və travma hisləri çoxalır. Eyni zamanda uşaq beynində oyun və davranış metodları formalaşır. Bunun nəticəsində zorakı davranış hallarında artım müşahidə olunur. Aqressiya onlar üçün normal davranış üsuluna çevrilir". Eyni zamanda valideynin “hamının uşağında var, bizimkində də olsun” kimi fikirləri sosial təzyiqə əsaslanır. Çünki uşağın şəxsiyyət kimi formalaşmasında əsas rolu valideyn oynayır. Uşaqda sosial müqayisə halları artır və o, kütləvi psixologiya təsiri altında yoluna davam edir. Eyni zamanda uşaqlarda risqli davranışlara dözümlülük və onların formalaşması halları yaranır. Sezar pizza

O, həmçinin qeyd edib ki, video oyunlardakı zorakılıq halları uşaqlarda empatiya itkisinə səbəb olur:

Video oyunlardakı zorakılıq halları uşağın zehininə birbaşa təsir edir, oyuncaq silahlar isə bədən yaddaşına zorakı təsir göstərir. Oxşar cəhət ondan ibarətdir ki, hər ikisində aqressiv davranış formaları olur, empatiya itkisi müşahidə edilir, güc-nəzarət əlaqəsi və desensitizasiya (hissizləşmə) halları baş verir. Eyni zamanda fərqli tərəflər də mövcuddur. Yəni, oyuncaqlarda əsas təhlükə fiziki təmas və sosial təsirlərdən ibarətdir ki, bu da uşaqların təxəyyül aktivliyinə böyük ziyan vurur.”

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 İyul 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri