Valideynlər Hövsan Olimpiya İdman Kompleksindən şikayət edir Çarpayılar su altında qalıb + VİDEO
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Yağış yağanda otaqlara damır… Çarpayılar islanır, tavandan döşəməyə qədər suyun içində qalır…
Xezerxeber.az xəbər verir ki, görüntülər Hövsan Olimpiya İdman Kompleksindəndir.
Valideynlər iddia edir ki, müvəqqəti olaraq kompleksdə qalan övladları şəraitsizlikdən əziyyət çəkirlər.
Respublika Olimpiya İdman liseyi hazırda təmirə bağlandığından şagirdləri burada gecələyir.
Kompleksin direktoru Oruc Məmmədli video görüntülərin noyabr ayında lentə alındığını deyib. Oruc Məmmədli təməli 2009-cu ildə qoyulan kompleksin tavanın artıq yarı hissəsinin yeniləndiyini, navalçaların isə təmizləndiyini dilə gətirib.
Oruc Məmmədli qeyd edib ki, payız-qış mövsümü başlayandan kompleksin istilik sistemində yaranmış problem, həmçinin günün bütün saatlarında isti su verilməsindəki məhdudiyyət aradan qaldırılıb.
Bundan başqa, kompleks 3 ədəd iri qızdırıcı ilə təmin olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 Dekabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















