Icma.az
close
up
RU
Valideynlərdən övladlarını ağıllı telefonlardan uzaq tutmalarını həm çağırış etməliyik, həm də tələb etməliyik

Valideynlərdən övladlarını ağıllı telefonlardan uzaq tutmalarını həm çağırış etməliyik, həm də tələb etməliyik

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Baxmayaraq ki, tədris ili yeni başlayıb, ancaq indidən uşaqlar dərsə maraq göstərmir və ya kitab oxumurlar. Burada ən çox oğlanlar üstünlük təşkil edir. Buna səbəb telefon, planşet, valideyn nəzarətsizliyi və sair misal gətirmək olar.Dərsə marağı olmayan uşaqları dərsə necə cəlb etməliyik? Onları dərsdən uzaqlaşdıran telefon, planşet, oyunlar necə tənzimləməlidir ki, uşaqlar dərslərinə ciddi yanaşsın?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, interaktiv metod əsasında dərsləri idarə etmək şagirdlərin marağını hardasa artıra bilər.

Elçin Əfəndi

“2025-2026-cı tədris ili artıq 1 ay olar ki, başlanıb və hazırda biz keçən müddət ərzində təəssüflər olsun ki, bəzi şagirdləri təhsil prosesinə marağının zəif olduğunu müşahidə edirik. Əlbəttə, bunun da başlıca səbəbi informasiya içində yaşamağımız və informasiya texnologiyalarının hər keçən gün daha da sürətlə inkişafı, sosial platformalar olan “TikTok”, “Facebook”, “Instagram” və digərlərinin olması, təhsil alanların da geniş şəkildə bu platformadan istifadə etmələridir. Artıq onlarda bir növ aludəlik yaranıb. Bununla yanaşı, internet oyunlarına aludəçilik demək olar ki, şagirdləri tədris prosesindən kənarda saxlayır. Biz bunun üçün ilk növbədə təhsil müəssisələrində valideynlərlə profilaktik söhbət aparmalıyıq, övladlarının tədris prosesinə qoşulmaları üçün imkan yaratmalarını və övladlarını ağıllı telefonlardan mümkün qədər uzaq tutmalarını həm çağırış etməliyik, həm də tələb etməliyik. Şagirdlərlə bu mövzuda söhbətlər aparılmalıdır. Onlara təhsil prosesinin içərisində olmalarını qarşılarına bir növ məqsəd qoyulmalıdır.

Bundan başqa, onların daha çox maraq göstərdiyi hansı platformalarda necə məzmunlara baxırlarsa, bunları müəyyənləşdirib, məhz dərs prosesinə onları uyğunlaşdırmaq üçün daha maraqlı etmək və interaktiv metod əsasında dərsləri idarə etməklə onların diqqətini prosesə cəlb etmək ən azı dərsə marağı hardasa artıra bilər. Əks halda, təəssüf ki, biz hər keçən il və hər qarşıladığımız ildə daha çox şagirdləri tədris prosesindən kənarda görməklə üzləşəcəyik”-deyə Elçin Əfəndi qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri