Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Valideynlərin ad seçimi: Melisa zirvədə...

Valideynlərin ad seçimi: Melisa zirvədə...

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin ad statistikası Azərbaycanda valideynlərin seçimlərinin dəyişdiyini göstərir - səbəb nə?

2026-cı ildə Azərbaycanda doğulmuş 512 qıza Melisa adı qoyulub. Ədliyyə Nazirliyinin hesabatında İnci (484 uşaq) ikinci, Məryəm (473) üçüncü populyar qız adı kimi rəsmiləşib.

İlk onluqda Aylin (472 uşaq), Alisa (463), Nilay (444), Zəhra (426), Ayla (419), Zeynəb (384), Miray (330) adları da var. Oğlan adları içində Uğur öndədir: bu ad 760 uşağa məsləhət görülüb. 536 uşaq Raul, 472 uşaq Miran adı alıb.

Qalan populyar oğlan adları bunlardır: Hüseyn (465 uşaq), Əli (462), Yusif (379), Murad (314), Ömər (313), Tunar (296), Ayxan (289).

2026-cı ilin ad statistikası Azərbaycanda valideynlərin seçimlərinin dəyişdiyini göstərir. Bir tərəfdən Məryəm, Zeynəb, Əli, Hüseyn və Yusif kimi ənənəvi və dini köklərə malik adlar populyarlığını qoruyur, digər tərəfdən isə Melisa, Alisa, Aylin, Nilay, Miray və Raul kimi son illərdə geniş yayılan adlar ön plana çıxır.

Xüsusilə Melisa adının qızlar arasında birinci olması valideynlərin daha müasir və beynəlxalq səslənişə malik adlara marağının artdığını göstərir. Oğlan adlarında Uğurun liderliyi isə uğur, nailiyyət və xoş tale arzusunun ad seçimində hələ də mühüm rol oynadığını ortaya qoyur.

Bu statistika cəmiyyətin ad seçiminə təsir edən amillərin də dəyişdiyini nümayiş etdirir. Sosial şəbəkələr, televiziya serialları, məşhur şəxslər və qloballaşma valideynlərin seçimlərinə əvvəlki illərlə müqayisədə daha çox təsir göstərir. Bununla yanaşı, milli və dini kimliyi əks etdirən adlar da öz mövqeyini itirmir.

Beləliklə, 2026-cı ilin siyahısı Azərbaycanda ad seçiminin artıq ənənə ilə müasirliyin sintezini əks etdirdiyini göstərir. Valideynlər həm milli dəyərləri qorumağa, həm də övladlarına beynəlxalq mühitdə rahat qəbul ediləcək adlar verməyə çalışırlar.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. O, qeyd edib ki, Azərbaycanda kifayət qədər insan orta yaşda olmasına baxmayaraq, bəzən  adlarından imtina etməli olurlar: “Bu da onu göstərir ki, valideyn tərəfindən adlar qoyularkən məsuliyyətsizlik edilir. Çünki uyğun ad qoyulmur. Uşaqlar yaxın ətrafları, dostları, əhatə mühiti tərəfindən stiqmatik yanaşmaya, replikalara məruz qalırlar. Bəzi adlar da var ki, hətta uşaqda travma yaradır və bu travma bir ömür  uşağın inkişafı boyu ona təsir göstərir. Elə ona görə də insanlar bəzən orta yaşa çatmasına baxmayaraq, adlardan imtina etmək məcburiyyətində qalırlar.

Valideynlər unutmamalıdırlar ki, adlar valideyn tərəfindən övladlarına verilən ilk və dəyərli hədiyyədir. Yəni adların psixoloji sirayət qüvvəsi və psixoloji təsir gücü var. Bəzən deyirlər, uşaq adı ilə böyüyər. Bu, təsadüfi deyim deyil. Bəzən ad uşaq üçün mayak kimi ona yol açır və şəxsiyyət kimliyinin formalaşmasına təsir göstərir.

Ərəb işğalına qədər Azərbaycanda adı uşaqlar özləri qazanırdı və sonra el ağsaqqalı həmin şəxsə ad qoyurdu. Dastanlarımızda, asatirlərimizdə hər halda belə qeyd olunub.

Ərəb işğalından sonra daha çox ərəb adlarına üstünlük verməyə başladılar. Ölkəmizdə həm dini-ideoloji, həm də siyasi-ideoloji adlara rast gəlmək mümkündür. İslamın təbliğatında, təşviqatında iştirak etmiş insanların adlarını uşaqlarına verirlər. Sovet dövründə isə siyasi-ideoloji adlar üstünlük təşkil edirdi. Məsələn, uşaqlara İnqilab, Sovet, Kombayn, Şura tipli adları qoyurdular. Uşaq çox vaxt böyüyəndən sonra o addan imtina etmək məcburiyyətində qalırdı".

Sosioloq bildirir ki, əfsuslar olsun ki, valideynlər hər hansı bir filmdə gördükləri obrazın adını uşaqlara verirlər, ancaq bilmirlər ki, o, antipoddur, yoxsa müsbət obrazdır: “Və yaxud da övladlarına bəzən tərəvəz  və ya bitki adı qoyurlar. Məsələn Səbət, Gilas, Samovar, Çaynik, İstəkan, Nəlbəki tipli adlara rast gələ bilərik. Bu da çox utandırıcı bir haldır. Hər halda uşaq öz adından utanmamalıdır. Çünki onun dostlar əhatəsi var və replikaya məruz qalanda pis olacaq.

Valideyn heç Melisa sözünün mənasını bilmədən uşağına o adı qoyur. Yaxşı olar ki, milli, mahiyyətli, lakonik adlar olsun. Azərbaycan tarixində kifayət qədər xidməti olan Azərbaycan-türk adları var. Bax, o adları qoymaq, yaşatmaq olar.

Adlarla bağlı komissiya bu məsələyə kifayət qədər həssas yanaşır. Doğrudur, bəzən Melisa adına icazə verir, amma digər bitki adına icazə vermir və bu da mübahisə yaradır. İzah edilməlidir ki, icazə verilmirsə, bu nəyin əsasında qadağan olunur. Bu məsələyə mənə elə gəlir ki, daha universal yanaşılmalıdır. Yəni bilinməlidir ki, bitki, tərəvəz adına icazə verilir, yoxsa icazə verilmir. Valideynlər isə unutmamalıdırlar ki, qoyduqları ad uşağa pozitiv, müsbət təsir göstərə bilər və ya əksinə olar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 İyul 2026 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri