Valideynlərin diqqətinə! Bunlar TƏHLÜKƏLİ XƏSTƏLİK ƏLAMƏTİDİR
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Uşaqlarda dəri səpkiləri müxtəlif səbəblərdən yarana bilər. Bu dəyişikliklər virus infeksiyaları, allergik reaksiyalar, ekzema, göbələk infeksiyaları və digər xəstəliklərlə əlaqəli ola bilər.
“Yeni Sabah” xəbər verir ki, dəri səpkilərinin düzgün qiymətləndirilməsi xəstəliyin səbəbinin müəyyənləşdirilməsi və uyğun müalicənin seçilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislərin fikrincə, səpkinin nə zaman başladığı, qaşınma ilə müşayiət olunub-olunmadığı, uşağın hərarətinin yüksəlib-yüksəlmədiyi, səpkilərin bədənin hansı nahiyələrində yarandığı və nə qədər sürətlə yayıldığı diaqnozun müəyyənləşdirilməsində vacib amillərdir. Dominos pizza
Xüsusilə səpkilərlə yanaşı yüksək hərarət, uşağın ümumi vəziyyətində pisləşmə, nəfəsalma çətinliyi və ya üz və dodaq nahiyəsində şişkinlik müşahidə edilərsə, təcili tibbi yardım almaq lazımdır.
Valideynlər bu cür hallarda özbaşına antibiotiklərdən, hormonal kremlərdən və digər dərman vasitələrindən istifadə etməməlidirlər. Yanlış müalicə uşağın vəziyyətini ağırlaşdıra və düzgün diaqnozun qoyulmasını çətinləşdirə bilər.
Dəri səpkilərinin səbəbinin müəyyənləşdirilməsi və müvafiq müalicənin təyin edilməsi üçün uşağın həkim müayinəsindən keçirilməsi tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Oktyabr 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















