Icma.az
close
up
RU
Valideynlərin evlilik sonrası ən böyük səhvi PSİXOLOQDAN XƏBƏRDARLIQ

Valideynlərin evlilik sonrası ən böyük səhvi PSİXOLOQDAN XƏBƏRDARLIQ

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Cəmiyyətimizdə valideynlər övladlarının yaşından asılı olmayaraq, onları müstəqil yetişməyə, sərbəst qərar qəbul edib addım atmağa imkan vermir. Valideynlərin övladları üzərindəki təzyiqi sosial və psixoloji baxımdan ciddi təsirlər yarada bilər. Bu təzyiq fərqli formalarda özünü göstərə bilər: yüksək gözləntilər, nəzarətçi davranış, sərt qaydalar və ya uşağın şəxsi fikirlərini ifadə etməsinə mane olmaq.

Bəs övladlarını sərt nəzarətlə tərbiyə edən valideynlərin bu davranışı nə dərəcədə düzgündür? Onların övladları gələcəkdə hansı fəsadlarla qarşılaşa bilər?

Moderator.az bildirir ki, tanınmış psixoloq Samirə Bağırova sözügedən mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bir sıra məqamlara toxunub:

“18 yaşına çatmış hər bir gənc artıq müstəqil, tam hüquqa sahib vətəndaş hesab olunur. Bu Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd olunub. İnsanlar keçmişlə müqayisə etməyi sevirlər. Keçmişə, illər əvvələ nəzər salsaq, orta məktəbi bitirən hər kəs artıq müstəqil həyata atılırdı. Amma bugünkü gənclər nəinki müstəqil həyata atıla bilmirlər, üstəlik, evlilik sonrası da valideyn nəzarətində yaşayırlar”.

O, bildirib ki, bu gün valideynlərin əksəriyyəti övladlarını həyata atılmağa hazırlamır:

“Təbii, həyat dəyişir, qaydalar dəyişir, nə isə yaxşı, nə isə pis ola bilər. Önəmli olan sağlam tərbiyə ilə uşaq yetişdirmək və ən əsası uşağı həyata hazırlamaqdır. Əsas problem odur ki, standartlaşdırılmış tərbiyə verilir və əsasən də bu tərbiyə sistemi "olmazlar"dan ibarətdir. Övladı həyata atılmağa hazırlamaq əvəzinə, valideynlər özlərinə uyğunlaşan uşaq yetişdirirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see631

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see152

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see141

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see139

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see138

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see137

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see135

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see132

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see131

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see128

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see126

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see126

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see124

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see123

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see118

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see117

14 kiloqram arıqlayan Yeşilçam ulduzu tanınmaz halda

24 İyul 2025 10:59see117

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see116

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see115

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri