Icma.az
close
up
RU
Valideynlərin uşaqları təhsilə yox, blogerliyə yönəltməsinin səbəbi təkcə puldur? EKSPERTLƏRDƏN AÇIQLAMA FOTO

Valideynlərin uşaqları təhsilə yox, blogerliyə yönəltməsinin səbəbi təkcə puldur? EKSPERTLƏRDƏN AÇIQLAMA FOTO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrildikcə, valideynlərin uşaqlarını bu platformalarda tez-tez nümayiş etdirməsi də adi hal alıb.

Bəzi valideynlər övladlarının gündəlik həyatını izləyicilərlə bölüşməklə yanaşı, onları sosial mediada “brend” halına gətirməyə çalışır. Bu isə uşağın şəxsiyyəti formalaşmadan onun özəl həyatının ictimailəşdirilməsinə, psixoloji təzyiqə məruz qalmasına və gələcəkdə şəxsi sərbəstliyinin məhdudlaşmasına səbəb ola bilər.

Uşaqların sosial mediada ifrat iştirakı həm də onların hüquqlarının pozulması, kommersiya məqsədilə istismarı və kibertəhlükələrlə qarşı-qarşıya qalması ilə nəticələnə bilər. Hər nə qədər bu yanaşma valideynlər üçün gəlir mənbəyi və populyarlıq vasitəsi olsa da, onun uşaqlar üzərindəki mənfi təsiri danılmazdır.

Bəs “uşağım influenser olacaq” yanaşmasının arxasında hansı risklər dayanır və bu problem necə həll olunmalıdır?

Mövzu ilə bağlı psixoloq Gülnarə Orucova Avtosfer.az-a açıqlamasında bildirib ki, son dövrlərdə uşaqların sosial şəbəkələrdə ifrat iştirakı artmaqda olsa da, bəzi hallarda onların aktivliyi əvvəlki qədər deyil:

“Sosial şəbəkələrdə qeydiyyat üçün yaş həddi müəyyən olunsa da, 6-8 yaşlı uşaqların belə bu platformalarda yer alması narahatlıq doğurur. Uşaqlar bəzən ev mühitindən qeyri-etik videolar və fotolar paylaşır, bu isə onların psixologiyasına mənfi təsir göstərir və gələcəkdə ciddi izlər buraxa bilər.

Sosial mediadan uzun müddət istifadə uşaqların sosiallaşma imkanlarını məhdudlaşdırır. Belə uşaqlar real həyatdan uzaqlaşaraq yalnız virtual aləmdə özlərini təsdiqləməyə çalışırlar. Əgər gözlədikləri bəyənmə və rəyləri ala bilmirlərsə, bu onların özünə inamını zəiflədir, özgüvənini azaldır. Eyni zamanda, kiberzorakılığa məruz qalmaq, yuxu pozuntusu, aqressivlik kimi problemlər də meydana çıxır. Gecə saatlarında canlı yayımlar açaraq insanlardan dəstək gözləyən uşaqlar, bu cür fəaliyyətlərlə psixoloji yük altına düşürlər.

Sosial şəbəkədə davamlı olaraq başqaları ilə müqayisə olunmaq ya digərləri tərəfindən, ya da uşağın öz təhlili ilə onların öz dəyərini daha aşağı qiymətləndirməsinə səbəb olur. Uşaqlar düşünürlər ki, başqasının paylaşımı daha çox bəyənildisə, deməli o daha dəyərlidir.

Psixoloq əlavə olaraq qeyd edib ki, digər bir vacib məsələ isə məxfiliyin qorunmasıdır:

“Valideynlər övladlarına məxfilik anlayışını düzgün şəkildə izah etməli, şəxsi məlumatların və görüntülərin paylaşılmasının doğura biləcəyi risklər barədə onları maarifləndirməlidirlər. Çox vaxt uşaqlar valideyn nəzarəti olmadan müxtəlif reklamlarda iştirak edir, hətta şəxsi bank kartları belə təhlükəyə atılır.

Bu gün uşaqlar "influenser" və ya "blogger" olmağı arzulayır, amma əslində onlar məşhur olmaq istəyirlər. Məşhurluq isə göründüyü qədər cazibədar deyil. Çünki insanlar adətən yalnız xoşbəxt anlarını paylaşır, çətinlikləri, ağrıları və acıları göstərmirlər. Bu da sosial media vasitəsilə təqdim olunan həyatın reallıqla uyğun gəlmədiyini göstərir.

Uşaqlar anlamalıdırlar ki, paylaşılanlar bəzən gerçəklikdən çox uzaq olur.

Valideynlər, pedaqoqlar və cəmiyyət birlikdə uşaqları bu təhlükələrdən qorumaq üçün düzgün istiqamətləndirməli, onlara real həyatla virtual həyat arasındakı fərqi öyrətməlidirlər”.

Sosioloq Lalə Mehralının fikrincə isə, son dövrlər bir çox insanın təsəvvüründə belə bir düşüncə formalaşıb: 

“Evimdə oturub kameranı açıram, gündəlik həyatımı çəkirəm, sosial mediada izlənilirəm və nəticədə yüksək gəlir əldə edirəm. Mətbəxində yemək bişirən, geyimlərini təqdim edən və ya sadəcə izləyiciləri ilə söhbət edən şəxslərin aldığı maddi dəstək, göndərilən hədiyyələr, “canlı yayın” zamanı verilən virtual “gift”lər – bəzən 6000-7000 manat civarında dəyərləndirilən yardımlar – bu xülyanı daha da cazibədar edir.

Cəmiyyətdə bəzi insanlar bu təsirə tez düşür. “Niyə illərlə təhsil alım?”, “niyə işə gedim, alın təri ilə pul qazanım?” sualları yaranır. Bunun əvəzinə “kameranı aç, bir az danış və pul qazan” düşüncəsi bir çoxlarının həyat tərzinə çevrilir. Belə olan halda, bu modeli gəlir mənbəyinə çevirənlər, uşaqlarını da öz yollarını davam etdirməyə sövq edir.

Valideynlər arasında belə bir yanaşma yayılıb: “Əgər mən sosial şəbəkədən bu qədər rahat gəlir əldə edə bilirəmsə, övladım niyə bu yoldan getməsin?” Beləcə, azyaşlı uşaqların da "influenser" kimi formalaşması üçün şərait yaradılır. Bu isə bir sıra ciddi sosial və psixoloji fəsadlar doğurur.
Artıq 8 və ya 10 yaşlı uşaqlar kamera qarşısında qeyri-adi davranışlar nümayiş etdirir, makiyaj edir, böyüklərə xas davranışlar sərgiləyirlər. Halbuki bu yaşda onların məktəbdə dərs öyrənməli, məsələlər həll etməli, dünyanı tanımağa çalışmalı olduqları bir vaxtdır”.

Sosioloq bundan əlavə olaraq bildirib ki, uşaqları sosial şəbəkəyə bu qədər tez və sərbəst buraxmaq onların təhsilindən, psixoloji və fiziki sağlamlığından imtina deməkdir:
“Vaxtından əvvəl “böyümək” və “məşhur olmaq” arzusu onlarda həyatın gerçək dəyərlərindən uzaqlaşma yaradır. Bu, təkcə uşağın deyil, cəmiyyətin də gələcəyi üçün təhlükəli bir tendensiyadır.

Ən əsas problem isə bu yanaşmanın arxasında duran zehniyyətdir. Uşaqlarına bu həyat tərzini sevdirən, onların qarşısına “məşhurluq” məqsədi qoyan valideynlərin düşüncə tərzi dəyişməlidir. Çünki uşağın həyatı kamera qarşısında “meymunluq etmək” deyil, bilik əldə etmək, sağlam böyümək və şəxsiyyət kimi formalaşmaq üzərində qurulmalıdır”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 May 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri