Icma.az
close
up
RU
“Manatlıq”lar avtobus zolağı ilə gedə bilərmi? AYNA AÇIQLADI

“Manatlıq”lar avtobus zolağı ilə gedə bilərmi? AYNA AÇIQLADI

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər gün minlərlə insan Sumqayıtdan Bakıya və ya əks istiqamətdə hərəkət edir. Mənzil başına çatmaq üçün bəziləri şəxsi avtomobildən, digərləri avtobusdan, bəziləri isə yoldan keçən tanımadıqları şəxslərin nəqliyyat vasitəsindən istifadə edir.

Əksər sərnişinlər isə “manatlıq” adlandırılan şəxsi avtobuslara üstünlük verirlər. Bu avtobuslar Sumqayıtın demək olar ki, istənilən ərazisinə getdiyi üçün sərnişinlər üçün daha əlverişli hesab olunur. Çünki əsas marşrut avtobuslarından fərqli olaraq, bu nəqliyyat vasitələrindən istifadə edənlər əlavə nəqliyyata ehtiyac duymur, evlərinə daha yaxın ərazilərdə düşə bilirlər.

Adətən bu avtobuslar avtobus zolağından istifadə edirdilər. Lakin son günlərdə bu avtobuslara avtobus zolağına girmək qadağan edilib. Bu isə eyni zamanda sərnişinlərdə narazılıq yaradır. Çünki bu avtobuslardan istifadə etməkdə əsas üstünlüklərdən biri də onların zolaqla hərəkət etməsi və mənzil başına vaxtında çatmaları idi.

Son günlər yaranan bu vəziyyət həm sürücülərdə, həm də sərnişinlərdə haqlı suallar doğurur: bu avtobuslar zolaqla hərəkət etmək hüququna malikdirmi? Və ya bu icazə hansı hallarda verilir?

Azərbaycan Yürüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən nəqliyyat vasitələri sifarişli sərnişindaşıma həyata keçirirlər.

Qurumdan nəzərə çatdırılıb ki, qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur:

"Daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar. Sifarişli sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulur. Qeyd edək ki, icazə olmadan sərnişindaşıma fəaliyyət göstərmək inzibati məsuliyyət yaradan haldır".

AYNA-dan bildirilib ki, "Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, müvafiq nişanlarla işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır:

"Ümumi istifadədə olan nəqliyyat vasitələri dedikdə sözügedən qanunun birinci maddəsində, əsas anlayışlar hissəsinə əsasən, sərnişin daşınması üçün nəzərdə tutulmuş, əvvəlcədən müəyyən olunmuş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi nəzərdə tutulur. Digər nəqliyyat vasitələrinin ora daxil olmasına icazə verilmir. Beləliklə, təşkil edilən xüsusi hərəkət zolaqları ilə yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri istifadə edə bilər".

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri