Icma.az
close
up
RU
İcarədardan Azay Möhnətova yeni ittihamlar: Kompensasiya maxinasiyası...

İcarədardan Azay Möhnətova yeni ittihamlar: Kompensasiya maxinasiyası...

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Eurohome" inşaat bazarında kompensasiya qalmaqalı davam edir. 

Qaynarinfo xəbər verir ki, 2019-cu ildə bazarda baş vermiş yanğın zamanı 200 000 manat ziyana düşən icarədar Rafiq Ocaqverdiyev ona ödəniləcək kompensasiyanı hələ ala bilmədiyinə görə müxtəlif qurumlara şikayətlərini davam etdirir. 

Rafiq Ocaqverdiyev əməkdaşımızla söhbətində bildirib ki, "Eurohome" inşaat bazarının sahibi Azay Möhnətov 6 ilə yaxındır müxtəlif bəhanələrlə ona çatacaq kompensasiyanı ödəməkdən yayınır: "Hər dəfə bir bəhanə gətirir və yaxud da hər dəfə quru vədlər verir. 6 ildir ki, kompensasiyanı ala bilmirəm. Yuxarı instansiyalara müraciət etmişəm. Artıq cavablar gəlib. Güman edirəm ki, bu məsələ ciddi şəkildə araşdırılacaq və haqq-ədalət yerini tutacaq".


İcarədar əlavə edib ki, Azay Möhnətov heç də maliyyə sıxıntısı yaşamır: 

"Onun kompensasiya ödəməməsi maddi vəziyyəti ilə bağlı deyil. Bazarın yanmasına baxmayaraq, Azay Möhnətov heç də ciddi şəkildə ziyana düşməyib. Ziyan çəkən biz icarədarlarıq. Azay Möhnətov ziyana düşsəydi, yanğından sonra bazarı daha da 6 metr qabağa çəkməzdi. Bakıda onlarla biznes obyektin var, maddi sıxıntı çəkmirsən, bəs mənim haqqım olan kompensasiyanı niyə ödəmirsən? Dövlətin qanunlarını niyə ayaq altına atırsan?

Axı hər kəs bilir ki, bazarıdakı yanğın rəhbərliyin yanğın təhlükəsizliyinə əməl etməməsi üzündən baş verib. Yəni, bu bizim təqsirimiz deyil. Azay Möhnətov kompensasiya maxinasiyası ilə məşğuldur. Məsələn, bizə demişdi ki, guya icarə haqqı almayacaq. Bir il almadı, amma növbəti il icarə haqqını ikiqat artırdı. Dövlət buna deyir kompensasiya ödə, bu adam isə bax belə maxinasiyalara əl atır".


Rafiq Ocaqverdiyev əlavə edib ki, bazarda ondan başqa da kompensasiya almayanlar var. İcarədar bildirib ki, vaxtilə şikayətçi olan mağaza sahiblərinin kompensasiyası ödənilib:

"Biz o vaxt şikayət etmədik. Çünki Azay Möhnətova inandıq. Dedik insandır, bir işdir başına gəlib, deyirsə ödəyəcəm, deməli ödəyəcək. Amma artıq 6 il keçib. Görürük ki, Azay Möhnətovun dediyi sözlər sadəcə bizim başımızın altına yastıq qoymaq məqsədi daşıyırmış. Onu da qeyd edim ki, bazarda yanğın baş verəndə rəsmi səviyyədə bəyan edildi ki, icarədarlara kompensasiya ödəniləcək. Müxtəlif dövlət qurumlarında bu məsələ ilə bağlı görüşlər keçirilib, müzakirələr aparılıb və s. Yəni, biz durduq yerdə kompensasiya tələb etmirik".

"Eurohome"da baş verən yanğının bazar rəhbərliyinin məsuliyyətsizliyi üzündən baş verməsi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şəxsində rəsmi səviyyədə də bəyan edilib. Bazarda ikinci dəfə yanğın baş verəndə nazir bildirib:


"EuroHome" ilk dəfə yanandan sonra bura dəfələrlə xəbərdarlıq olunub. Obyektin təmiri tam bitməmiş, tərəfimizdən qəbul olunmamış obyektə yenidən mallar qəbul ediblər. Bu obyekt sahibi nə qədər məsuliyyətsiz insandır ki, özünə aid olan şəxsi bir obyekti bu qədər təhlükəli şəkildə işlədir. Nəticədə sahibkarlara zərər dəyir. Bu hadisədən sonra obyekt haqqında hüquq-mühafizə orqanları daha ciddi tədbir görəcəklər və layiqli cəzasını almalıdır". 

İndi görünən odur ki, Azay Möhnətov kompensasiyanı ödəməməklə öz məsuliyyətsiliyinin acı nəticələrini icarədarların çiyninə yükləməyə çalışır. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri