Icma.az
close
up
RU
Valve nin həmtəsisçisi: Süni intellekt dünyanı kompüter və internet qədər dəyişdi

Valve nin həmtəsisçisi: Süni intellekt dünyanı kompüter və internet qədər dəyişdi

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Valve” şirkətinin həmtəsisçisi Geyb Nyuvel verdiyi son müsahibədə süni intellekt (Sİ) haqqında fikirlərini bölüşüb və gənc mütəxəssislərə tövsiyə verib: peşənizdən asılı olmayaraq süni intellektlə işləməyi öyrənin.

Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər verir.

Onun fikrincə, bəşəriyyət kompüter və internetin meydana çıxması ilə müqayisə oluna biləcək texnoloji keçid dövrünün astanasındadır:

"Kompüterlərdən əvvəl və sonra, internetdən əvvəl və sonra dövrlər var idi. İndi isə biz süni intellektdən əvvəl və sonrakı dövrə yaxınlaşırıq".

Nyuvel hesab edir ki, maşın öyrənməsi və ChatGPT kimi böyük dil modelləri (LLM) əmək bazarını ciddi şəkildə dəyişəcək. Maraqlıdır ki, o, bunun daha çox proqramçılar üçün deyil, bütün digər peşə sahibləri üçün əhəmiyyətli olacağını düşünür:

"Mühasib olmaq istəyirsənsə – Sİ öyrən. Hüquqşünas olmaq istəyirsənsə – Sİ öyrən. Hətta proqramçısansa belə, bu alətlərlə işləməyi bacardığına əmin ol".

O, bunu bir növ "çit-kod" adlandırır və 1983-cü ildə çıxan Lotus 1-2-3 proqramını nümunə gətirir – bu ilk geniş yayılmış elektron cədvəl proqramlarından biri idi:

"Elə insanlar vardı ki, şirkətdə birinci bu proqramı mənimsədiklərinə görə inanılmaz uğurlu oldular. Başqaları hələ hər şeyi əl ilə edirdi, sən isə sadəcə kompüterlə işləməyi bacardığın üçün bir anda dahiyə çevrilirdin".

Nyuvel daha əvvəl də vurğulayıb ki, süni intellektlə işləməyi bacaran insanlar təcrübəli proqramçılardan belə daha dəyərli olacaq. Onun fikrincə, süni intellektin inkişafı sənayedə qeyri-adi və maraqlı bir vəziyyət yaradacaq.

Əlavə etmək olar ki, bu yanaşma təkcə texnoloji sahələrdə deyil, bütün sənaye və xidmət sahələrində dəyişikliklərə gətirib çıxara bilər.


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyul 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri