Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp Niderland yığmasının kapitanı Virgil van Daykın açıqlamasına münasibət bildirib.
QOL.az xəbər verir ki, tərəflər UEFA Millətlər Liqasının 1-ci turunda keçirilən Almaniya – Niderland matçından (1:1) sonra mübahisəli epizodla bağlı fərqli fikirlər səsləndiriblər.
Almaniyanın vurduğu qol zamanı Niderland futbolçusu Brayan Brobbi zədələnərək meydanda uzanıb. Van Dayk qoldan sonra epizodu qısaca olaraq “biabırçılıq” adlandırıb.
Klopp isə bu fikirlə razılaşmayıb: “Əlbəttə ki, bu, qətiyyən biabırçılıq deyildi. Qol tamamilə qaydalar çərçivəsində idi. Əgər bu, bizim başımıza gəlsəydi, futbolçularıma oynamağa davam etmələrini deyərdim. Qaydalarda deyilir ki, oyunu hakim dayandırır, oyunçular yox. Müdafiədə olanda oynamağa davam etməlisən. Oonlar bunu etmədilər və biz də bundan istifadə etdik Oyunu dayandırmalı olan hakimdir, futbolçular yox”.
Qeyd edək ki, Almaniya 32-ci dəqiqədə hesabı açıb, Niderland isə 90+2-ci dəqiqədə bərabərlik qolunu vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 Sentyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















