Van Yi Yaxın Şərqdəki münaqişə tərəflərini dialoqa çağırıb
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaxın Şərqdəki münaqişə tərəfləri silaha əl atmaq əvəzinə, diqqəti siyasi həll yoluna yönəltməlidirlər.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi Pekində İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri ilə görüşündə bildirib.
Van Yinin sözlərinə görə, dialoq və danışıqlar Yaxın Şərqdəki münaqişələrin həlli yoludur. O həmçinin suverenliyinin və təhlükəsizliyinin qorunmasında İrana dəstəyini təsdiqləyib.
Daha əvvəl Çin sədri Si Cinpin Oman sultanı Heysəm bin Tariq Al Səidlə görüşündə bildirmişdi ki, Yaxın Şərq və Fars körfəzi regionu böyük dövlətlərin rəqabət meydanına çevrilməməlidir.
Görüşün yekunlarına dair birgə bəyanatda Oman Çinin Yaxın Şərqdə sülhə dair təkliflərini dəstəklədiyini və Pekinin regionda davamlı sabitliyin təmin olunmasında "daha böyük rol" oynamasına ümid etdiyini bildirib.
"Reuters" qeyd edib ki, Çin Yaxın Şərqdə öz diplomatik rolunu genişləndirməyə çalışır. Pekin həmçinin region üzrə xüsusi elçisinin noyabrda İran, Oman və Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 02 Noyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















