Vanetsyan: Bu hökumət xalqımızdan çox şey oğurlayıb, indi də günümüzü oğurlamaq istəyir KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Hər kəsi peşə bayramımız – Mühafizə işçiləri günü münasibətilə ürəkdən təbrik edirəm.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, general-mayor Artur Vanetsyanın Mühafizə Orqanları işçisi günü münasibətilə müraciətində deyilir.
Mesajda xüsusilə deyilir:
“Bu hakimiyyət xalqımızdan çox şey oğurlayıb. İndi də bizim günümüzü – dekabrın 20-ni oğurlamaq istəyir. Ancaq təqvimdə hansı günün qırmızı ilə qeyd olunmasının nə fərqi var?
Bununla belə, biz bu gün öz peşə bayramımızı qeyd edəcəyik, əminliklə ki, erməni təhlükəsizlik işçisi ölkəmizin rifahının və inkişafının mühüm amillərindən biri olub və olacaqdır.
Təbrik edirik, əziz həmkarlar! Sizə təhlükəsiz və səmərəli xidmət arzulayıram!”.
Günel Mikayılova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 20 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















