Icma.az
close
up
RU
Vaqif Cavadov: Fərdi səhvlərdən bəsit qollar buraxdıq

Vaqif Cavadov: Fərdi səhvlərdən bəsit qollar buraxdıq

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Yaxşı komandaya qarşı oynadıq. Rəqib iddialıdır. İlk 15 dəqiqədə öz gücünü və təzyiqini göstərdi".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Zirə" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının XXIII turunda qeydə alınan 0:3 hesablı məğlubiyyəti şərh edib: "Əfsuslar olsun ki, fərdi səhvlərə görə bəsit qollar buraxdıq. Oyunjn taleyi 30 dəqiqədə həll olundu. Komandamdan razıyam. Yolumuza davam edirik. Ümid edirəm ki, gec-tez bu sindromu qıracağıq. Ruhdan düşmürük. Hər məğlubiyyətdən sonra güclənirik. Qarşıda “Neftçi” ilə oyun var. Bu, bizimçün dönüş ola bilər. Komandanı götürəndə enişdə idik. Ardıcıl xallarla irəlilədik. Son 5 oyunun 3-də uduzmuşuq, 2 heç-heçə etmişik. Qlobal bir şey yoxdu. Bəzi oyunçulara tam uyğunlaşmaq üçün vaxt lazımdır. Hücumda oyunçular daha fəal olmalıdır. Uyğunlaşma prosesi var və bu, tez olmur. Məcburuq ki, onları əsas heyətdə oynatmaqla uyğunlaşdıraq".

Vaqif Cavadov bildirib ki, uğursuz nəticələrə baxmayaraq gələcəyə nikbin baxır: "Çempionatda qarşıda 13 tur var, panikaya düşmək lazım deyil. Yolumuzu gedəcəyik. Futbolçular məsuliyyəti hiss edəcək və bu, bizə faydalı olacaq. Ən çətin gündə yanında olanlar əsl dostlarındır. Peşəkarlıq belə məqamda belə şeylər üzə çıxır. Yaxşı gündə dostlar ətrafda olur. Hər şey qabaqdadır, problem yoxdur. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı nəticə əldə edəcəyik".

Qeyd edək ki, 22 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Fevral 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri