Icma.az
close
up
RU
Vaqif Sadıqov: Dünya çempionatına ev sahibliyi Azərbaycan futbolunun imicinə müsbət təsir göstərə bilər

Vaqif Sadıqov: Dünya çempionatına ev sahibliyi Azərbaycan futbolunun imicinə müsbət təsir göstərə bilər

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

Ölkəmizin Özbəkistanla dünya çempionatının keçirilməsi üçün birgə namizədliyini irəli sürməsi çox sevindirici haldır. Bu addım futbolumuzun inkişafına təkan verəcək, beynəlxalq imicimizə müsbət təsir göstərəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan və Özbəkistanın 2027-ci ildə təşkil olunacaq 20 yaşadək futbolçular arasında dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli irəli sürməsi ilə bağlı danışarkən deyib.

O, bu yolda görüləcək işlərin çox olduğunu söyləyib: “Yarışı yüksək səviyyədə təşkil etmək üçün infrastruktur baxımından hazır olmalıyıq. Təbii ki, namizədlik FIFA tərəfindən müsbət qarşılandıqdan sonra dövlətimiz müəyyən islahatlar həyata keçirəcək və bütün lazimi tədbirlər görüləcək. Bunun üçün bir qədər vaxt lazım olacaq. Azərbaycan daha əvvəl qadınlar arasında U-17 dünya çempionatı, İslam Həmrəyliyi Oyunları və Avro-2020 kimi beynəlxalq yarışlara ev sahibliyi edib. Yəni, bu barədə təcrübəmiz heç də az deyil. Bakıdakı stadionlar beynəlxalq standartlara cavab verir. Ən əsası, futbolumuzun səviyyəsini artıraraq, bu turnirə ev sahibliyi etməyə layiq olduğumuzu sübut etməliyik”.

Mütəxəssis bildirib ki, turnir ölkəmizdə keçiriləcəyi təqdirdə, regionlardakı stadionlarda yenidənqurma işləri aparılmalıdır: “Sözsüz ki, oyunların sadəcə paytaxtda deyil, bölgələrimizdə də təşkil olunma ehtimalı var. Bunun üçün müasir tələblərə cavab verən stadionların olması şərtdir. Ümumiyyətlə, matçların bir qisminin regionlarda keçirilməsi futbolumuz üçün çox yaxşı olardı. Orada yaşayan gənclərdə motivasiya yaranar, təkcə Bakıda deyil, ölkənin müxtəlif yerlərində futbol sevgisi artar”.

V.Sadıqovun sözlərinə görə, Özbəkistan kimi futbolda xeyli inkişaf edən ölkə ilə əməkdaşlıq Azərbaycanda da bu idman növünə çox şey qazandıracaq: “Bu layihə futbolumuza strateji və struktur baxımından ciddi töhfə verə bilər. Özbəkistan yığma səviyyəsində, xüsusilə, son illərdə mühüm irəliləyişlərə nail olub. AFFA onların strategiyasından faydalana bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri