Icma.az
close
up
RU
Vaqif Sadıqov: Qarabağ öz simasını itirməmək şərtilə sona qədər mübarizə aparacaq

Vaqif Sadıqov: Qarabağ öz simasını itirməmək şərtilə sona qədər mübarizə aparacaq

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Rəqiblərdən asılı olmayaraq, Qurban Qurbanovun komandasının tam şəkildə hazır olacağına və hər oyunda azarkeşlərini sevindirməyə çalışacağına inanıram".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərini dəyərləndirərkən deyib.

Sadıqovun fikrincə, TOP-5 liqa təmsilçilərinə qarşı keçiriləcək oyunlar çətin olacaq: "Rəqiblərdən bizə artıq tanış olanlar da var. "Çelsi", "Liverpul", "Napoli" ilə çətin oyunlarımız olacaq. Bu, həm məsuliyyətli, həm də şərəfli turnirdir. Bu oyunlarda "Qarabağ" öz simasını itirməmək şərtilə sona qədər mübarizə aparacaq. Bakıya gələcək komandaların hamısı ilə əvvəllər də qarşılaşmışıq. Buradan qələbə ilə dönən də olub, məğlub olan da. Ötən mövsüm "Ayaks"a UEFA Konfrans Liqasının əsas mərhələsində məğlub olsaq da (0:3 - red.), onlardan qat-qat yaxşı oynamışdıq".

O, "Qarabağ"ın müdrik komanda olduğunu söyləyib: "Hesab edirəm ki, hazırda tam fərqli bir "Qarabağ" komandası görürük. Artıq təkcə meydanda deyil, həm də tablodakı nəticə də "Qarabağ"ın oyununa uyğundur. İnanıram ki, rəqibdən asılı olmayaraq, azarkeşlərin dəstəyi ilə qələbəyə köklənən kollektiv görəcəyik. Rəqibləri ayırmaq istəməzdim. "Kopenhagen"i daha əvvəl məğlub etmişik, amma artıq xeyli vaxt keçib və həm onlar, həm də "Qarabağ" çox dəyişib. İnanıram ki, bizi maraqlı oyunlar gözləyəcək. Ev oyunlarından başlayaraq, xal qazanacağımıza inanıram".

Vaqir Sadıqov “köhlən atlar”ın mümkün transferləri barədə də söz açıb: “Düşünürəm ki, yeni futbolçular gələcəksə, komandaya uyğunlaşmaq üçün zamana ehtiyacları olacaq. Hamı yeni hücumçunun transferini istəyir, amma Nəriman Axundzadə özünü yaxşı tərəfdən göstərə bildi. Onunla rəqabət apara biləcək bir oyunçu transfer edilməlidir, lakin bizə Nərimanın daha çox oynaması lazımdır. O, formada qalmalıdır ki, qarşıdakı oyunlarda milli komandaya kömək edə bilsin".

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Avqust 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri