Icma.az
close
up
RU
Vaqif Sadıqov: “Turan Tovuz”un son nəticələri narahatlıq yaradır” MÜSAHİBƏ

Vaqif Sadıqov: “Turan Tovuz”un son nəticələri narahatlıq yaradır” MÜSAHİBƏ

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun İdman.biz-ə müsahibəsi

- Misli Premyer Liqasının geridə qalan XXVII turunu necə dəyərləndirərdiniz?

- Son tura baxanda da görürük ki, hazırda çempionatda gərgin mübarizə gedir. Rəqabət olan yerdə isə inkişaf var. Bu durumda azarkeş marağı da artır. Fikrimcə, həm elitanı tərk etməmək, həmdə avrokuboklara çıxmaq uğrunda sona qədər gərgin mübarizə gedəcək.

- Sizcə, elitanı tərk edən hansı komanda olacaq?

- İndidən nəsə demək çətindir, qarşıda hələ doqquz tur var. Fasilədən sonra “Kəpəz” - “Səbail” oyunu var. Ola bilər ki, bu məsələyə nöqtə həmin matçda qoyulsun. Yaxud da bu oyundan sonra çempionat bitənə kimi elitanı kimin tərk etməsi sualına cavab tapmayaq. Nəzərə almaq lazımdır ki, komandaların öz aralarında şəxsi oyunları da var. Həmin matçlardakı nəticələr tərəzini dəyişə bilər.

- “Kəpəz” – “Qarabağ” matçında Ağdam təmsilçisinin xal itirəcəyini gözləyirdiz?

- “Qarabağ”a qarşı hər komanda fərqli motivasiya ilə oynayır. Biz bunu görürük. Sözügedən matçda “Kəpəz” sonadək mübarizə aparmaqla “Qarabağ”ın yaxşı keyfiyyətlərini ortaya qoymasına imkan vermədi və layiqli xalı aktivinə yazdıra bildi.

- “Turan Tovuz” da uğursuzluq seriyasını davam etdirməkdədir.

- Bəli, “Turan Tovuz”un son nəticələri narahatlıq yaradır. Kifayət qədər iddialı olan komanda son oyunlarda müsbət nəticə əldə etməkdə çətinlik çəkir. Qərb təmsilçisi ilk turdan etibarən çempionata rəng qatır. İnanıram ki, bundan sonra komanda öz yaxşı oyunlarını göstərməklə avrokuboka düşmək üçün tam gücünü qoyacaq və azarkeşləri sevindirəcək.

- Sizcə, “Sumqayıt” hazırki mövqeyini növbəti turda da qoruyub saxlaya biləcək?

- “Sumqayıt” bu turdan öncə də gözəl futbol oynayırdı. Vaqif Cavadov uçurumun bir addımlığında olmasına baxmayaraq, önəmli addımlar atdı və ardıcıl iki qələbə ilə yolunu rahatlaşdırdı. Vaqif nə qədər tənqid olunsa da, özündə güc tapıb komandanı bu vəziyyətdən çıxara bildi. 28 xal ən azından, çempionatın sonuna kimi rahat çıxış etməyə imkan verir. Lakin biz “Sumqayıt”ı iddialı, hədəfləri böyük olan komanda kimi tanıyırıq. Fikrimcə, onlar yüksək pilləyə qalxmaq üçün sona qədər savaşacaqlar.

- Turun son günündə yaşanan “Səbail” qalmaqalı haqqında siz nə düşünürsünüz?

- Cavid Hüseynov elitada baş məşqçiliyə yeni başlamışdı. Çox istərdik ki, yolu uğurlu və davamlı olsun. Görünən odur ki, daxildə olan problemləri ictimailəşdirmək Cavid Hüseynovun təcrübəsizliyindən irəli gəlir. Hər məşqçinin başına müxtəlif hadisələr gəlir. Bu da bir təcrübədir. Deməli, Cavid bunu da yaşamalı idi. Vacib olan odur ki, hər işdən nəticə çıxarıb yoluna uğurla davam etsin. Biz istəyirik ki, gənc məşqçilər oyundan-oyuna inkişaf edərək, Azərbaycan futboluna fayda versinlər.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Mart 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see307

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see136

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri