Icma.az
close
up
RU
Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı Gürcüstanda yayınlanıb

Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı Gürcüstanda yayınlanıb

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Ölüm yuxusu” adlı kitabı Tiflisdə gürcü dilində nəşr olunmuşdur. “Universal” nəşriyyatında yayınlanan, müəllifin eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitabı gürcü dilinə Gülnarə Səfərova tərcümə etmişdir. Kitabın redaktoru Cemal Şoniyadır. Bu, Vaqif Sultanlının gürcü oxuculara təqdim olunan ilk kitabıdır.

Müəllifin bədii yaradıcılığında önəmli yer tutan, indiyədək dünyanın bir çox dillərinə çevrilərək yayınlanmış “Ölüm yuxusu” povestində təsvir obyekti kimi seçilən yol çəkilişi fonunda qədim kənd məzarlığının köçürülməsi hadisəsi cəmiyyət həyatında baş verən ciddi çaxnaşma, təlatüm, qarşıdurma kimi canlandırılır. Real və şərti-metaforik üslubun qovuşuğunda təsvir olunan hadisələrin xaos bağlamında təqdimi yaradılmış obrazların fərdi xarakter cizgilərini çözməyə, mənəvi dünyasının gizlinlərini aşkarlamağa imkan verir.

Vaqif Sultanlının “Ölüm yuxusu” kitabına daxil edilmiş “Kül qəfəs”, “Zolaqlı yuva”, “Tərs axın” və başqa hekayələri özünə¬məxsus dili, üslubu, fərqli yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı hekayələrdə özü də fərqinə varmadan içərisində olduğu sosial mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntılarını canlandırmağa çalışmışdır.

Bütövlükdə “Ölüm yuxusu” kitabına daxil edilən əsərləri birləşdirən, ortaqlaşdıran əsas cəhət onların sosial-psixoloji və mənəvi-əxlaqi ovqata söykənməsi, mövzu-məzmun, ideya-estetik baxımdan güncəllik daşıması, çağdaş cəmiyyətdə müşahidə olunan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi ağrılı problemlərə sərt etiraz ruhu ilə seçilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Sentyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri