Icma.az
close
up
RU
Vaqonları artırmaq, intervalı azaltmaq... Bütün imkanlardan istifadə olunur FOTO

Vaqonları artırmaq, intervalı azaltmaq... Bütün imkanlardan istifadə olunur FOTO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhərində ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi və sərnişinlərin rahatlığının təmin olunması daim gündəmdə olan məsələlərdən biridir. Xüsusilə, son dövrlərdə şəhər sakinləri arasında metro və qatarların yüklənməsi ilə bağlı narazılıqlar artıb.

İnsan sıxlığının çox olduğu saatlarda sərnişinlərin rahat şəkildə hərəkət etməsi çətinləşir və bu da nəqliyyat sahəsində yeni addımların atılmasını zəruri edir.

Bu məsələlərdən biri də Bakı-Sumqayıt sürət qatarının mövcud vəziyyətidir. Sərnişin sıxlığının yüksək olduğu bu xətt üzrə hərəkət edən qatarların sayı məhduddur və bu, insanların rahat gediş-gəlişinə mane olur.

Elməddin Muradlı, nəqliyyat eksperti

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu məsələ ilə bağlı ciddi təhlillər, araşdırmalar aparılıb. Əldə olunan nəticələrə əsasən, praktiki olaraq nə mümkündürsə, bu istiqamətdə işlər görülüb, amma məsələ heç də asan həll olunan deyil:

"Vaqonların sayını artırmaq bir gün ərzində verilən göstərişlə mümkün olan iş deyil. Dövlətin imkanları nəyi icra etməyə imkan verirsə, mərhələli şəkildə həmin işlər həyata keçirilir. Hazırda nə qədər vaqon və qatar varsa, hər biri xəttə buraxılıb. Bu il ərzində əlavə vaqonların alınması nəzərdə tutulur ki, bu da müəyyən qədər müsbət təsir göstərəcək".

Onun sözlərinə görə, dəmiryol xəttinin keçdiyi ərazilərin əksəriyyəti yüzlərlə yaşayış məntəqəsi ilə əhatə olunub:

“Ona görə də sürət həddini artırmaq istəsələr belə, bunu etmək mümkün deyil. Çünki bu, əks təsir göstərə bilər və başqa fəsadlar yaradaraq təhlükəsizlik məsələlərinə yol aça bilər".

E.Muradlı əlavə edib ki, bu vəziyyətdə əldə olan bütün imkanlar istifadə olunur. Buna görə də, insanlar səbrli və təmkinli olmalıdırlar.

Bəxtiyar Hacıyev, ADY İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirib ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə hərəkət edən qatarların qrafiki mövcud qatar parkına uyğun olaraq təşkil edilib və hazırda ən optimal qrafikdir:

"Abşeron dairəvi dəmiryol marşrutu əhalinin əsasən sıx məskunlaşdığı yaşayış məntəqələrindən keçdiyi üçün qatarların sürət həddi təhlükəsizlik məqsədilə 90 km/s-dək müəyyən edilib. Rayonlararası istiqamətlərdə hərəkət edən “Stadler” qatarlarının sürəti isə 140 km/s-dək müəyyən edilib".

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda 2027-2029-cu illərdə Güzdək−Qaradağ xəttinin bərpası ilə yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığının artırılması, həmçinin 2025-2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması nəzərdə tutulur",- deyə Bəxtiyar Hacıyev qeyd edib.(baki.vaxti)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Mart 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri