Vardanyan generalın maşınında Laçından qaçmaq istəyib
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Ermənistan vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandırarkən Ruben Vardanyanla münasibətləri barədə də danışıb.
Globalinfo.az xəbər verir ki, o, Vardanyanın 2023-cü il sentyabrın 27-də onun avtomobilində Azərbaycanı tərk etmək istəyərkən saxlanıldığını bildirib.
“Beş nəfər idik, söhbət edirdik, Vardanyan da orada idi. Dedim sən nə ilə gedəcəksən? Çiynini çəkdi. Soruşdu ki, maşınında yer var? Dedim ki, qonşu qadın da bizimlə getmək istəyir. Həyat yoldaşıma zəng vurub soruşdum ki, qonşu qadının getməsi dəqiqdir? Dedi, yox, onun oğlu maşın tapıb. Vardanyana dedim ki, maşında bir yer var. Sonra Laçın sərhəd-keçid məntəqəsində saxlanıldıq”, – deyə o əlavə edib.
Baxış sayı:93
Bu xəbər 04 Aprel 2025 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















